KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Xankəndində mitinqdən kim istifadə edib

Elhan Şahinoğlu: Xankəndində mitinqdən kim istifadə edib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
200 0

Ermənistan hakimiyyəti + Qarabağ separatçıları + erməni lobbisi Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən – Fransa, BMT Təhlükəsizlik Şurası, telefon zəngləri və sonda Xankəndində mitinqdən istifadə ediblər. Nəticə yoxdur, etiraz davam edir. Rusiya hərbi kontingentindən kimsə Qarabağ ermənilərinə deyib ki, bəs 26 dekabrda guya yol açılacaq. Niyə məhz 26 dekabrda? Görünür, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinin liderlərinin 26 dekabrda Sankt-Peterburqda qeyri-rəsmi toplantısında hansısa “razılaşmaya” ümid edirlər. Ancaq həmin toplantıda Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü nəzərdə tutulmayıb. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüş baş tutsa belə bunun yoldakı etiraza təsir edəcəyini söyləmək mümkün deyil. Çünki ermənilər etirazı dayandıracaq şərti – yataqlarda monitorinqə icazə vermək fikrində deyillər.

Beynəlxalq aləmə yolun bağlanmadığını, nəzarət altına alındığını təlqin etmək lazımdır. Ermənilər xəstələrini keçirirlər, humanitar yüklərə maneə yoxdur, üstəgəl erməni mənbələrinin məlumatına görə, Qırmız Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır.
Elhan Şahinoğlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir