KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Vaşinqton “böyük iyirmilərin” toplantısına necə hazırlaşır?

Elhan Şahinoğlu: Vaşinqton “böyük iyirmilərin” toplantısına necə hazırlaşır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
39 0

İndoneziyada bu ay “böyük iyirmilərin” zirvə toplantısı keçiriləcək. Toplantı öncəsi Vaşinqton Pekinin nəbzini yoxlamağa çalışır. ABŞ dövlət katibi Entoni Blinken çinli həmkarı Van Yi ilə telefonla danışıb. Məqsəd Pekinlə dialoqu davam etdirməkdir. Van Yi bundan əvvəl ABŞ-ın Pekindəki səfiri Nikolas Börnslə görüşüb.

Təmaslara baxmayaraq, ABŞ-ın Çinə qarşı sanksiyalları artıb. Prezident Co Bayden Çinin mikroçiplərinin ABŞ bazarından çıxarılmasını hədəf götürüb. Digər tərəfdən ABŞ süni intellekt sahəsində Çinlə əməkdaşlığı dayandırıb. Çünki Vaşinqton hesab edir ki, Çin ABŞ-dan əldə etdiyi texnologiyaları hərbi sahədə istifadə etməyə çalışır. ABŞ vətəndaşlarına süni intellekt sahəsində Çin şirkətləri ilə əməkdaşlıq qadağan edilib.

Beləliklə, iki ölkə arasında iqtisadi mövzuları müzakirə etmək üçün əsas qalmayıb. Diplomatların yeganə mövzusu Tayvanla bağlıdır. Çünki Çin Kommunist Partiyasının son qurultayında ölkənin və partiyanın lideri Si Sinpin Tayvan adası üzərində nəzarəti bərpa etməyin vacibliyini bildirib.

Aydındır ki, Blinkenlə Yinin telefon söhbəti iki ölkə arasındakı gərginliyi azaltmayacaq. Hər ikisi telefon söhbətinin sonunda qısa bəyanatla kifayətləniblər. Hər halda Co Bayden İndoneziyada Si Sinpinlə ikitərəli görüş keçirəcək. Vaşinqton Pekini Tayvana qarşı hərbi gücdən istifadə etməməyə çağırır.

Pekin Vaşinqtonun siyasətindən narazıdır. Pekin hesab edir ki, ABŞ Çinə qarşı təzyiq siyasətindən əl çəkməlidir. Van Yi ABŞ səfirinin Vaşinqtonla Pekin arasında körpü qurmasında yardımçı olmasını istəyib. Münasibətlərin normallaşması Pekinin Tayvan siyasətindən asılı olacaq. Pekin Tayvana müdaxilə etmək planını işə salarsa qarşısında ABŞ-la yanaşı böyük koalisiya görəcək. ABŞ-ın formalaşdıracağı bu koalisiyada Böyük Britaniya, Yaponiya, Avastraliya, Hindistan və digər dövlətlər yer alacaqlar. ABŞ Avstraliyada nüvə başlığı daşıya bilən strateji bombardmançı təyyarələr yerləşdirməyi planlaşdırır. Bu məqsədlə Avstraliyada yeni hərbi bazalar tikiləcək. Bu çalışmaların 2026-cı ilə qədər yekunlaşdırılması planlaşdırılır. Bu Çinə işarədir ki, Tayvan adasını güc yolu ilə nəzarətə götürmək Çinə baha başa gələcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir