Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır. İsrail hökuməti Azərbaycanla əlaqələrdən məmnundur. Öz növbəsində Azərbaycan da İsraillə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir. İsrail Mərkəzi Asiyanın türk dövlətləri, əsasən də Qazaxıstanla əməkdaşlığın genişlənməsində maraqlıdır. İsrailin qonşuluğunda tərəfdaşı yoxdur. Ona görə də, Azərbaycan və Qazaxıstanla tərəfdaşlıq İsrail üçün əhəmiyyətlidir, bununla nümayiş etdirə bilir ki, İslam aləmində dostları da var. Ancaq İsrailin regional siyasəti bu dövlətin dostları üçün bəlli problemlər yaradır. Azərbaycan BMT qətnamələrindən çıxış edərək digər ölkələr kimi İsraillə yanaşı bölgədə Fələstin dövlətinin varlığını dəstəkləyir. İsrailin nə zaman Fələstin dövlətini varlığına razılaşacağı isə bəlli deyil, ən azı indiki İsrail hökuməti qətiyyətli şəkildə bunun əleyhinədir. Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu druz millətindən olanları dəstəkləmək adıyla Suriyanın cənubuna doğru xeyli irəriləyib və oranı tərk etmək fikrində deyil. Türkiyə həm bundan, həm də İsrailin bölgədəki silahlı kürd qruplaşmalara dəstəyindən narahatdır. Təsadüfi deyil ki, Suriya ərazisində Türkiyə-İsrail qarşıdurması barədə ehtimallar irəli sürülür. Bu Azərbaycan üçün çətin vəziyyət yaradır. İsrailin siyasi dairələri bunu nəzərə almaq məcburiyyətindədirlər. İsrail Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır.
Elhan Şahinoğlu
Elhan Şahinoğlu: Türkiye İsrail arasında Azerbaycan
18 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.