Amerika Birləşmiş Ştatlarının siyasi kuluarlarında əsas mövzu Çin olaraq qalır. Çinin artan iqtisadi və hərbi gücü Vaşinqtonda qıcıq oyadır. Buna görə də Vaşinqtonda Çini dayandırmağın yollarını arayırlar.
ABŞ-ın ticarət naziri Vilbur Ross dekabrın 8-də Sinqapurda Asiya Forumunun açılışında deyib ki, Asiya bölgəsində əsas hərbi və iqtisadi təhlükə Çindən qaynaqlanır. Vilbur Rossun sözlərinə görə, Çin beynəlxalq ticarətin bir çox qaydalarına hələ də əməl etmir və ABŞ Çinə qarşı sanksiyalar tətbiq etmək məcburiyyətindədir. Maraqlıdır ki, ABŞ-da dempinq tədarükünə qarşı qəbul edilən 539 qərardan 210-u Çinə aiddir. Ross sözlərinə onu da əlavə edib ki, daha sərbəst və ədalətli ticarəti təşviq etmək vacibdir.
Donald Tramp prezident kürsüsünü Cozef Baydenə təhvil verməyə hazırlaşsa da, Çinlə münaqişəni davam etdirir. Məsələn, Vaşinqton Çin parlamentinin rəhbərliyinin 14 üzvünü sanksiya siyahısına daxil edib və Tayvana yeni bir silah dəsti vermək niyyətindədir. Pekin həmişəki kimi Vaşinqtonu sərt əks tədbirlərlə hədələyir. ABŞ dövlət katibi Mayk Pompeo “The Wall Street Journal” dərgisinə verdiyi müsahibədə Çinlə münasibətlərdəki dəyişikliklərin geri dönməz və yenidən qurulmasının mümkünsüz olduğunu bildirib.
Bu arada, yeni prezidenti Con Bayden Çinə göndərəcəyi yeni səfirini müəyyənləşdirdiyinə dair xəbərlər yayılıb. Bu 2020-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd Demet Pete Buttidjiç ola bilər. Ancaq Trampın Çinə qarşı siyasəti Baydenə gələcəkdə ciddi problemlər yaradacaq. Çünki Amerikanın Çinə qarşı qəbul etdiyi sərt sanksiyaları yumşaltmaq çətin olacaq. Donald Tramp qəsdən Baydenin gələcək Çin siyasətini gərginləşdirir. Bəllidir ki, Bayden Çinlə münasibətləri normallaşdırmaq istəyir. Ancaq Trampın “xarici siyasət mirası” Baydenin Çinə yönəlik manevr imkanlarını məhdudlaşdırır.
Vaşinqton Çinin elan etdiyi bütün layihələrini özü üçün təhlükə kimi qiymətləndirir. Amerika rəsmiləri Pekinin inadla beynəlxalq ticarətin bir çox qaydalarına əməl etmədiyini və bununla əlaqədar Vaşinqtonun ona qarşı daha çox sanksiya tətbiq etmək məcburiyyətində qaldığını iddia edirlər. ABŞ administrasiyası koronavirusun yayılmasına görə Çinin məsuliyyət daşıdığını vurğulamaqdan yorulmur. Mayk Pompeo Çin Kommunist Partiyasının dünya ölkələrinin iqtisadiyyatını məhv edən və bir milyon yarım insanın ölümünə səbəb olan virusa görə Çin Kommunist Partiyasının məsuliyyət daşıdığını bir daha səsləndirib.
Beləliklə, Bayden Trampın Çin “mirasından” qurtula bilməyəcək. Çinə qarşı sanksiyaları yumşaltmaq da Baydenə çətin olacaq. Çünki Çinin siyasəti yalnız Ağ Evdə etiraz doğurmur, başda Konqresin iki palatası olmaqla Pentaqon və Dövlət Departameni də Pekinə qarşı siyasətin yumşaldılmasının əleyhinədir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu: Tramp Baydenə ağır Çin “mirası” qoyub
394 0
EtiketlerElhan Şahinoğlu
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.