Müharibə dövründə sosial şəbəklərin təhlükəli olması barədə müxtəlif yazılar dərc olunub. Həqiqətən döyüş zonalarından çəkilən şəkillərin və ya videoların yayınlanması qarşı tərəf üçün faydalı sayıla bilər. İnformasiya texnologiyalarının sürətli inkişafı dövründə adi şəkil vasitəsilə silahlı qüvvələrin koordinatlarının müəyyənləşdirilməsi mümkündür.
Milli Təhlükəsizlik Xidmətinin oktyabr ayında yaydığı məlumatda bunlar deyilirdi: “Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırmışlar”.
Ancaq bu problemin bir tərəfidir. Bəzi ölkələrin kəşfiyyat xidmətləri Vatsap sistemindən məlumat toplamaq üçün istifadə edirlər. Hindistanlı mütəxəssislərin (hindistanlı mütəxəsslər dünyanın ən yaxşı proqramçılarından sayılırlar) araşdırmalarına görə, Vatsap sistemi üzərindən kəşfiyyat məlumatlarının toplanması imkanları genişdir. Buna görə də Hindistanın elm və texnologiyalar naziri Şankar Prasad Vatsap sisteminin yoxlanması barədə qərar verib. Hindistan rəsmiləri, messencerdəki zəiflikdən hindistanlı istifadəçilərin cihazlarına casus proqram quraşdırmaq üçün istifadə edildiyi üçün WhatsApp-dan təhlükəsizlik sisteminin yoxlama aparmasını tələb ediblər.
Vatsap üzərindən məlumatların toplanması barədə məlumatlar bu ilin başlanğıcında da vurğulanıb. Məsələn peşəkar haker qrupu Vatsap-ın bütün məlumatlarını əldə etməyə nail olub. Vatsap telefonun internet bağlantısından istifadə edir. Məlumatlara giriş tələb edildikdə istifadəçi bütün əlaqələri və üzv olduğu qrupların adları ilə bir siyahı göndərə bilər. Həm köhnə, həm də yeni məlumatları və istifadəçinin indiyə qədər istifadə etdiyi bütün telefonları ehtiva edir. Bundan isə xarici dövlətlərin xüsusi xidmət orqanları istifadə edə bilərlər. Rusiya və Çinin xüsusi qruplar məhz bu istiqamətdə çalışırlar. Çin hakimiyyəti bu çalışmalara böyük pullar xərcləyir. Təsadüfi deyil ki, ABŞ Çinin layihəsi olan “TikTok” sosial şəbəkəsini bir neçə ay əvvəl qadağan edib. Çünki ABŞ administrasiyası bu qənaətə gəlib ki, Pekin milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin imkanlarından məlumat toplamaq məqsədilə istifadə edir.
Ermənistan müharibədə Azərbaycana məğlub oldu. Düşmən ölkə zəifləyib, ancaq hiyləgərliyindən əl çəkməyib. Gələn son xəbərlərə görə, Ermənistan informasiya texnologiyaları sahəsinə yatırım qoymaq üçün erməni diasporuna müraciət edib. Ermənistan döyüş meydanındakı məğlubiyyətinin əvəzinin çıxılması yolları barədə düşünür. Bunlardan biri Azərbaycana qarşı qara piar və müxtəlif məlumatların toplanması ola bilər. Ona görə də bizdən xüsusi həssaslıq tələb olunur, digər tərəfdən informasiyalarımızı qorumaq barədə ciddi düşünməliyik.
“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu: TikTok, vatsap və digərləri…
405 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.