Ukraynanın Kazana zərbələr endirməsinin və Rusiya generalının Özbəkistan vətəndaşı vasitəsilə öldürməsinin motivlərini anlamağa çalışıram. Rusiya ilə Ukrayna arasında kəşfiyyat müharibəsi illərdir davam edir. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Kiyev və Xarkovda Rusiya kəşfiyyatına bağlı yatmış hücrələr son illərdə müxtəlif terror aksiyaları törətmişdilər. Ukrayna kəşfiyyatı borclu qalmadı və Rusiya ərazisində müxtəlif əməliyyatlar həyata keçirdib. Bəs niyə Kazan şəhəri hədəf seçilib? Ukrayna son olaydan əvvəl də Kazana zərbələr endirmişdi. Məsələ burasındadır ki. Rusiya İranla birgə pilotsuz uçuş aparatları müəssisəsini Kazan ətrafında inşa edib. Həmin zavodda “Şahid-136” kamikadze dronlarının təkmilləşdirilmiş modelləri hazırlanır. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putin son mətbuat konfransında Kazan şəhərinin onun üçün əziz olduğunu vurğulayıb və bu açıqlamadan bir gün sonra Kazan dronların hücumlarına məruz qaldı. Görünür, bu Kiyevin Putinə mesajıydı. Digər tərəfdən yerli tatarlar bu zərbələrdən sonra istər-istəməz özlərinə sual verəcəklər ki, Kremlin başladığı müharibədən onlar niyə əziyyət çəkməlidirlər? Kiyevə də elə bu lazımdır. Ukrayna Kazana zərbə endirmədən əvvəl Rusiya dronlarla Kiyevə hücum etmiş, nəticədə Ukrayna paytaxındakı azərbaycanlılara məxsus məşhur restoran dağılmışdı. Yüksək rütbəli rus generalın Özbəkistan vətəndaşının əli ilə öldürülməsi isə Kremlin miqrantlara qarşı siyasətini daha da sərtləşdirəcək. Bunun Rusiyanın qonşu ölkələrlə münasibətinə mənfi təsiri qaçılmazdır. Bu da Kiyevin maraqlarına xidmət edir. Vladimir Putin ilin yekunlarıyla bağlı mətbuat konfransına müharibəni nəzərdə tutaraq bu sözlərlə başlamışdı: “Biz sakit qala bilmərik, sabitlik bizlik deyil, daima hərəkətdə olmalıyıq”. Sabtliyi pozduğunu açıq etiraf edib, nəticədə hər iki tərəfdə yüz minlərlə insan ölüb, şəhər və qəsəbələr dağılıb və havada dronlar uçuşur.
Elhan Şahinoğlu
Elhan Şahinoğlu: Rusya Ukrayna istihbarat savaşı
18 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.