KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Rusiyanın qazı Avropaya Çindən çatdırılacaq?

Elhan Şahinoğlu: Rusiyanın qazı Avropaya Çindən çatdırılacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
279 0

Rusiyanın “Şimal axını” boru xəttini sentyabrın 2-də “təmir” adıyla fəaliyyətini müvəqqəti dayandırması Avropa ölkələrində ciddi narahatlığıa səbəb oldu. Həmin tarixdən başlayaraq qazın nəqli tamamilə dayandırıldı. Brüssel Moskvanın “təmir” izahını bəhanə kimi qiymətləndirdi. Rusiyanın “Qazprom” şirkəti isə Brüsselin ittihamlarıyla razılaşmayaraq boru xəttində “xətalar” aşkarladığını açıqladı. Brüssel Moskvanı qaz tədarükündə etibarsız tərəfdaş elan edib.

Rusiya qaz nəqlindən siyasi təzyiq aləti kimi istifadə edir. Kreml vaxtilə Ukraynada birinci “narıncı inqilabıyla” dəyişən hakimiyyətə və Kiyevə dəstək verən Avropaya təzyiq etmək məqsədilə də qazın nəqlini dayandırmışdı. Kreml hazırda eyni üsulla Qazaxıstana da təzyiq edir. Qazaxıstan hakimiyyətinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstək vermədiyinə görə qazax neftinin nəqlində problemlər yaşanır. Qazaxıstanın dünya bazarlarına nəql etdiyi boru xətti Rusiya ərazisindən keçir. Rusiya hakimiyyəti də istədiri zaman neftin nəqlini yenə “təmir” adıyla dayandırır. Bu səbəbdən Qazaxıstan təcili neftinin nəqlini şaxələndirməyə çalışır.

Bu arada, Qərb mətbuatının xəbərlərinə görə, Rusiya qazı Avropaya Çin üzərindən çatdırıla bilər. Maraqlı vəziyyətdir. Rusiya birbaşa qonşu Avropaya qaz nəql etmir və Brüssel ümumiyyətlə Rusiya qazından imtina etməyə çalışır. Ancaq ağır qış aylarına hazırlaşan Avropanın mavi yanacağa ehtiyacı var. Azərbaycan, Qətər, Əlcəzair, Misir və ABŞ qazı Avropaya kifayət etmir. Rusiya Avropaya sata bilmədiyi qazı böyük həcmdə Çinə satmağa çalışır. Ancaq Çin qazı yalnız Rusiyadan almır, Mərkəzi Asiya ölkələrindən də mavi yanacaq idxal edir. Bununla yanaşı Çin yaxşı pul qazanmağın hiyləgər yolunu da tapıb. Rusiyadan böyük həcmlərdə qazı almalı olan Çin mavi yanacağın bir hissəsini sıxılmış qaz şəklində daha baha qiymətə Avropa ölkələrinə sata bilər.

Sanksiyalar fonunda Rusiyanın Çinə qaz nəqlinin həcmi 63 fazi artıb. Bu həcmdə qaz Çinə lazım deyil. Daxili tələbat ödənir. Brüsselin Çin üzərindən Rusya qazını alacağı müzakirə mövzusudur, hələ ki, bununla bağlı qərar yoxdur. Ancaq əgər Avropa soyuq qış aylarında əlacsız qalarsa Çin üzərindən Rusiya qazının alışı variantını də nəzərdən keçirəcək.

Avropa Ittifaqı ABŞ-la İran arasında yeni nüvə sazişinin imzalanmasını da istəyir. Çünki bu halda İrana qarşı sanksiyalar yumşalacaq və Avropa ölkələri İrandan daha çox neft ala biləcək, Tehranla qazın nəqli mövzusunu da müzakirə edəcəklər. Tehran nüvə sazişi ilə bağlı təklfilərini Vaşinqtona Brüsselin vasitəçiliyi ilə göndərib. Brüssel Tehranın yeni təkliflərini müsbət qiymətləndirib. Ancaq Vaşinqtona qərar verməkdə tələsmir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir