KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı

Elhan Şahinoğlu: Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
47 0

Ermənistan Təhıükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünkü açıqlamalarında Azərbaycanla yanaşı Rusiyanın siyasətindən də danışıb: “Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu reallıqdı. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi”.

Bunlar hələ də müharibədə məğlubiyyətlərinin günahını başqa yerlərdə axtarırlar. İşğala və Azərbaycan torpaqlarında separatizmə son qoyulub, sadə məntiq budur. Bəs Qriqoryan niyə onu demir ki, Rusiya İkinci Qarabağ müharibəsinin gedişində belə Ermənistana silah və hərbi texnika təhcizatını dayandırmırdı, daşınma Mərkəzi Asiyanın hava sahəsi üzərindən və İrandan quru yolla həyata keçirilirdi. Ermənistan müharibə dövründə şəhərlərimizi, o cümlədən Tərtəri, Bərdəni, Gəncəni və Mingəçeviri Rusiyadan aldığı raketlərlə vurur, mülki insanlarımızı öldürürdü. Rusiya bizi dayandırmasaydı Xankəndini 2023-cü ilin sentyabrında deyil, 2020-ci ilin noyabrında azad edərdik. Qriqoryanın məntiqinə görə, Rusiya hərbçiləri Qarabağda yerləşdikdən sonra separatçıları qorumalı idilər. Əslində Rusiya hərbi kontingenti Qarabağda olduğu müddətdə separatçılara kifayət qədər dəstək verdi, onların hərbi nəqliyyat vasitələrini müşayiət edirdi, Ermənistandan hələ azad olunmayan Laçın yolu üzərindən silah və sursat daşınmasına və torpaqlarımızda minaların döşənməsinə şərait yaradırdı. O başqa məsələ ki, Rusiya ötən ilin sentyabr ayında Azərbaycan ordusunun anti-terror əməliyyatına mane olmadı. Mane ola da bilməzdi, ərazi bütövlüyümüzü təmin etməli, yarımçıq qalan işi yekunlaşdırmalıydıq. İndi Ermənistan hakimiyyətinin Kremllə münasibətləri pozulub deyə, bütün günahları Rusiyanın boynuna yükləmək istəyirlər. Unudurlar ki, torpaqlarımızı bu gün quruluşunun 106-cı ilini qeyd etdiyimiz ordumuz azad edib! Heç kim Qarabağı və Şərqi Zəngəzuru bizə nimçədə verməyib! Yaxşı olardı ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bir açıqlama ilə bunu Ermənistan Təhlükəsizlik Şurasının katibinin və digər erməni rəsmilərin diqqətinə çatdırardı.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir