KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Rusiya “böyük yeddilərə” qarşı BRİKS-i gücləndirmək istəyir

Elhan Şahinoğlu: Rusiya “böyük yeddilərə” qarşı BRİKS-i gücləndirmək istəyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
267 0

“Böyük yeddilərin” (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiya) ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. “Böyük yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardılar. Ancaq hələ ki, Qərb dövlətlərin ortaq qərarları Rusiyanı durdurmur.

“Böyük yeddilər” Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar. Təsadüfi deyil ki, “böyük yeddilər” Pekinin Kremlin siyasətinə təsir etməsini istəyiblər. “Böyük yeddilərin” məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir. Bunun reallaşması mümkün deyil. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə maraqlıdır.

“Böyük yeddilər” bir tərəfdən Pekini yola gətirməyə çalışırlar, digər tərəfdən NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilib. Pekin NATO-nun bu dəyərləndirməni təxribatçı adlandırıb. Pekin hesab edir ki, NATO “soyuq müharibə” dövründəki baxışlarını davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini bildirib.

Bu arada, Kreml “böyük yeddilərə” qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi ) sıralarını genişlədirməyə qərar verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavron növbəti iki ölkənin adını da çəkib: “Argentina və İran layiqli namizədlərdir”. İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var.

Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir