KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Roma papası da uyğurlardan danışdı

Elhan Şahinoğlu: Roma papası da uyğurlardan danışdı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
242 0

Roma papası Fransiskin uyğurların ağır vəziyyəti barədə fikir bildirməsi beynəlxalq aləmin diqqətini çəkib. Vatikan rəhbəri uyğurları təqib olunan xalqlar sırasına daxil edib.
Fransiskin uyğularla bağlı dediyi sözlər ingilis jurnalist Aqustin İvereclə müsahibələrindən ibarət “Xəyal edək: Daha yaxşı gələcəyə gedən yol” adlı kitabında yer alıb.
Qeyd edək ki, Fransiskin bu sözlərinə qarşı noyabrın 25-də Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litsiandan cavab gəlib. O bildirib ki, Çində azsaylı xalqların qanunlara uyğun olaraq haqları qorunmaqdadır. Çin rəsmisi Vatikan rəhbərinin uyğurları təqib olunan xalqlar arasında xatırlamasını yersiz adlandırıb.
Əslində kitabda Vatikan rəhbərinin uyğurlar bağlı cəmi bir cümləsi var. Buna baxmayaraq, həmin cümlə kifayət edib ki, Çinlə Vatikan arasında münasibətlərdə gərginlik yaşansın.
Haqqında danışılan kitab bu həftədən satışa çıxarılacaq. Amerikanın məşhur “Nyu York Tayms” qəzetinin yaxdığına görə, Roma papasının kitabda uyğurları xatırlaması təsadüfi deyil: “Vatikan uzun illər Çin hökuməti ilə danışıqlar apararaq bu ölkədəki katolik kilsələrin statusuyla bağlı saziş imzalamağa çalışıb. Görünür, bu istiqamətdə çətinliklər yaranıb ki, Roma papası uyğur zülmünü xatırlamalaqla Pekinə mesaj yollayıb”.
Böyük Britaniyanın “The Guardian” qəzeti də bu mövzuda yayınladığı məqalədə Vatikanla Çin arasında münasibətlərin soyuya biləcəyinə işarə edib: “Roma papasının yeni kitabı Pekinlə Vatikan arasındakı münasibətlərdə problemlər yaradacaq. Uyğurlar isə öz növbəsində Roma papasının simasında güclü dəstəkçi qazanacaqlar”.
Qərb ekspertlərinin fikrincə, Roma papasının uyğurlarla bağlı açıqlaması Amerikanın gələcək prezidenti Cozef Baydeni də çətin vəziyyətə salıb. Uyğurların müdafiəsi ilə bağlı ən ciddi sənədlər son bir ildə Amerika Konqresində qəbul edilib. Amerikanın artıq keçmiş prezidenti Donald Tramp da uyğur məsələsinə xüsusi diqqət göstərir və Çinlə sanksiya dilində danışırdı. Cozef Bayden vəd edib ki, Ağ Evə gələndən sonra Çinlə dialoqa başlayacaq. Başqa sözlə, Bayden demək istəyib ki, onun Çin siyasəti Trampın siyasətindən fərqli olacaq. Ancaq Bayden uyğur məsələsində diqqətli olmaq məcburiyyətindədir. Çünki, həm onun partiyası, həm də Konqresin iki palatası uyğur problemində Pekinlə sərt dildə danışmağın tərəfdarıdırlar. Üstəgəl Roma papasının da uyğurlarla bağlı fikirləri Baydenə bu məsələdə Çinə güzəşt getmək imkanı vermir.
Vatikan yaxın 4 ildə Cozef Baydenlə sıx əməkdaşlığa ümid edir. Noyabrın 12-də Fransisklə Bayden arasında telefon danışığı olub. Bu o deməkdir ki, xarici siyasət məsələləri ətrafında da Ağ Evin yeni sahibi ilə Vatikan rəhbəri arasında fikir mübadiləsi davam edəcək. Bu sırada hər iki lider Çinin siyasəti haqqında da danışacaqlar.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir