Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefonla iki saat nədən danışa bilərdi? Rəisi Makronu inandırmağa çalışıb ki, ABŞ-ın İrana qarşı sanksiyalarını qlobal iqtisadiyyat, xüsusilə də Avropa üçün zərərlidir. Yəqin Makron da Rəisini inandırmağa çalışıb ki, “nüvə razılaşmasını qəbul et, İrana qarşı sanksiyalar yumşalsın, neftinizi, qazınızı, digər məhsullarınızı dünya bazarlarına çıxarın, Siz də qazanın, biz də faydalanaq”.
Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Avropanın neft və qaza daha çox ehtiyacı var. İranla nüvə məsələsi həll olunsa bu ölkənin nefti və qazı Avropaya yönələr. İran gərəkli maliyyə, Avropa isə enerji əldə edir, hər iki tərəf üçün faydalıdır. Buna baxmayaraq, nüvə danışıqlarında irəliləyiş yoxdur. Tehran hələ ki, dirənir. Bunun isə nə İran, nə də Avropa iqtisadiyyatına faydası var. Makron iranlı həmkarına bunu anlatmağa çalışıb.
Elhan Şahinoğlu