KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Putin, Zelenski və Avakovu nə birləşdirir, nə ayırır?

Elhan Şahinoğlu: Putin, Zelenski və Avakovu nə birləşdirir, nə ayırır?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
280 0

Ukraynada 3 mövzu diqqət mərkəzindədir. Birincisi, Rusiya prezidenti Vladimir Putinin Ukrayna haqqında yazdığı geniş məqalə müzakirə olunur. İkincisi, Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya səfərinin nəticələri barədə fikir mübadiləsi davam edir. Üçüncüsü, 7 il nazir olan erməni əsilli Arsen Avakov daxili işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Ukraynalı ekspertlər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin geniş məqaləsində yenə Ukrayna adlı dövlətin olmadığını sübut etməyə çalışıb. Məqaləsində bir tərəfdən “biz bir xalqıq” tezisini ortaya atan Kreml sahibi o biri tərəfdən Ukraynanın tarixi Rusiya ərazisi olduğunu iddia edib.

Bəs hazırki şəraitdə Putini Ukrayna haqqında geniş məqalə hazırlamağa nə məcbur edib?

Aydındır ki, tarixi məqamlarla bol olan həmin geniş məqaləni Putin şəxsən yazmayıb. Putinin buna vaxtı yoxdur. Həmin yazı bir qrup rusiyalı tarixçi və siyasi ekspertin kollektiv məhsuludur. Sadəcə, Kreml sahibinin tapşığırı belə olub ki, yazı Ukraynanın tarixən Rusiyaya bağlılığını ortaya qoymalıdır, Ukraynanın tarixi gücünə və müstəqilliyinə işarə edən amillər isə nəzərə alınmamalıdır.

Ukrayna müstəqilliyinin 30 illiyinə hazırlaşır. Putin də son yazısıyla göstərmək istəyib ki, guya Ukrayna adlı dövlətin gələcəyi yoxdur. Maraqlıdır ki, Kreml sahibi məqaləni həm də Ukrayna dilində yayınlayıb. Bunun özü onu göstərir ki, Rusiya prezidenti Ukrayna xalqının və dilinin var olduğunu və bu dilin rus dilindən fərqləndiyini etiraf edib. Putin Ukraynanın Rusiyadan üz döndərdiyinə və Qərblə əməkdaşlığından narazıdır. Ancaq bunun əsas günahkarı özüdür. “Qardaşım məndən niyə imtina etdi” sualı üzərində Krımı ilhaq etmədən və Donbass separatçılarına dəstək vermədən əvvəl düşünmək lazım idi.

Bu arada, Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya səfəri ətrafında müzakirələr genişlənib. Kiyev Almaniyanın Rusiya ilə birgə “Şimal axını – 2” boru xəttinin tikintisindən narazıdır. Bu layihə Ukrayna əleyhinə yönəlib. Buna baxmayaraq, Berlin bu layihədən imtina etmək istəmir, Kiyevə sadəcə onu vəd edir ki, Ukraynaya kompensasiyasız qalmayacaq. Almaniyanın kansleri Angella Merkel vəzifəsini ötürməyə hazırlaşır. Ancaq yeni kansler olacaq Armin Laşet də Merkel kimi “Şimal axını – 2” layihəsindən imtina etməyi düşünmür.

Hər halda Zelernski öz sözünü Berlində dedi. Anqella Merkel Vaşinqtona səfərə hazırlaşır. Onun ardınca Zelenski də Vaşinqtona səfər edəcək. Ukrayna prezidenti ümid edir ki, Vaşinqton Berlini yola gətirəcək. Ancaq ABŞ prezidenti Co Bayden Almaniyaya mane olmağın mümkünsüzlüyünü etiraf edib, çünki boru xəttinin az qala 95 faizi inşa edilib. Kiyevlə Vaşinqtona bundan sonrasını düşünməlidirlər ki, Moskva yeni layihədən Ukrayna əleyhinə istifadə edərsə, buna qarşı hansı birgə addımlar atılacaq.

Arsen Avakovun istefa qərarı ukraynalı ekspertlər üçün gözlənilməz oldu. Bəlli idi ki, prezident Vladimir Zelenskinin Avakovdan xoşu gəlmir, ancaq onu istefaya göndərməyə risq etmirdi. Təsadüfi deyil ki, Arsen Avakov yeganə nazir idi ki, postunu 7 il qorumuşdu, o 2014-cü ilin fevral ayından nazir idi. Buna baxmayaraq, yayılan xəbərlərə görə, Avakov prezidentin xahişi ilə istefaya gedir. Demək, ikili arasında qapalı görüş olub. Zelenski Avakovun yerinə nazir postuna tərəfdarı və parlamentdəki komitə rəhbəri Denis Monastırskinin namizədliyini irəli sürüb. Daxili İşlər Nazirliyi yeganə struktur idi ki, Vladimir Zelenski ora nəzarət edə bilmirdi. O Avaklovu istefaya məcbur etməklə bu struktura da nəzarəti əlinə keçicərək.

Bəs Arsen Avakov nə ilə məşğul olacaq?

Bəzi xəbərlərə görə Avakovun prezidentlik iddiası var. O 2024-cü ildə namizədliyini irəli sürmək istəyir. Arsen Avakov rusillidir, Xarkovda yaşayıb. Ancaq Avakov eyni zamanda Rusiyanın tənqidçilərindəndir. Yəni bəzilərinin fikrincə, o həm Ukraynanın mərkəzində, həm də Qərbində müəyyən qədər səs ala bilər. Ancaq ukraynalıların erməni əsilli siyasətçiyə səs verəcəyi proqnozlaşdırmaq çətindir. Bu həm də o siyasətçidir ki, daima Ukraynanın tərəfdaşı – Türkiyə əleyhinə siyasət aparıb, Ukrayna parlamentində “erməni soyqırımı” qətnaməsinin qəbulunun “xaç atası” olub.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir