İstihbarat Reformu-3:Teknolojik İstihbarat ve Gelecek Tasavvurumuz

Bugün ne oldu?

Türk-Rus ilişkisi ve Batı

İkinci Dünya Savaşında Türk istihbaratında görevli Ermeni ve Yahudiler!

Elhan Şahinoğlu: Putin Qarabağı Makronla niyə müzakirə edir?

Gündem 11 Ocak 2021
49

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarıyla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona niyə zəng edib? Əlbəttə, Kremlin izahı belədir ki, Fransa Minsk Qrupunun 3 həmsədrindən biridir və Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi ilə bağlı Parisi məlumatlandırmalıdır. Ona qalsa Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına – Vaşinqtona da zəng edərdi. Ancaq belə bir zəng olmayıb və bunu təsəvvür etmək çətindir. Putin amerikalı həmkarı Trampa zəng edib onunla Qarabağı müzakirə edərmi? Söhbət yalnız Donald Trampın ölkəsində mövqeyinin zəifləməsi və ya Ağ Evi tərk etməyə hazırlaşmasıyla bağlı deyil. Moskvadakı görüş Amerikada andiçmə mərasimindən sonra keçirilsəydi belə Putinin Vaşinqtona zəng edib yeni prezident Cozef Baydenlə Qarabağ mövzusunun müzakirəsini təsəvvür etmək mümkün deyil. Bəs onda Putin Makronla niyə Qarabağ mövzusunu daima müzakirə edir? Axı Fransa Amerika qədər olmasa da, Rusiyaya qarşı müxtəlif sanksiyalarda yer alıb. Görünür, Parisə zənglər heç də Putinin “digər həmsədrlə məsləhətləməliyəm” arqumenti ilə bağlı deyil. Əsas səbəb Türkiyədir.

Putin Suriya, Liviya mövzularında türkiyə həmkarı Rəcəb Təyyub Ərdoğanla dialoq içindədir. Çünki Türkiyənin və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara dialoqa üstünlük verirlər. Moskva 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb. Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir. Halbuki, Kreml 10 noyabr bəyanatını hazırlayarkən heç Parislə məsləhətləşməyə ehtiyac duymamışdı.

Biz Kremlin bu oyununa getməməliyik. Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daima Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik.
Elhan Şahinoğlu Kafkassam Bakü

Yorumlar