Nəhayət uzun fasilədən sonra Ermənistanın ilk prezidenti və baş nazirin keçmiş lideri Levon Ter-Petrosyan da danışdı. O baş nazir Nikol Paşinyanı müharibədə ağır məğlubiyyətə görə tənqid edərək generalları anladığını bildirsə də, hərbi çevrilişə qarşı çıxdığını da vurğuladı. Ermənistanın digər eks-prezidenti Robert Köçəryan son müsahibəsində hərbi çevrilişin tərəfdarı olduğunu və buna misal olaraq Cənubi Koreyanı göstərmişdi. Köçəryan demişdi ki, Cənubi Koreyada 1960-cı illərdəki hərbi çevrilişdən sonra bu ölkənin iqtisadiyyatı inkişaf etdi. Levon Ter-Petrosyan Köçəryanın adını çəkmədən onun cavabını belə verib: “Cənubi Koreyanı misal çəkənlər unutmasınlar ki, Əfqanılstan, Sudan, İrak, Suriya və Liviya nə günə düşüblər. Hərbi yolla dəyişikliyin sonu yaxşı olmur. Çalışmalıyıq ki, Ermənistan bu ölkələrin acı təcrübəsini yaşamasın”.
Beləiklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tərəfdarı baş nazir Nikol Paşinyanı müdafə etməsə də, generallar vasitəsilə hərbi çevriliş həyata keçirmək istəyən müxalifət qüvvələri də dəstəkləmir. Bu mümkün deyil, çünki onun özünü də hakimiyyətdən Köçəryan-Sərkisyan xuntası “posmodern” çevriliş yolu ilə devirmişdi. Levon Ter-Petrosyan bunu unuda bilməz. Ancaq Levon Ter-Petrosyan indiki vəziyyətdən konkret çıxış yolu da göstərə bilməyib. Ona görə də onun özünün dediyi kimi Ermənistanın dağılan ölkələrin acı təcrübəsini yaşaması ehtimalı azalmayıb.
Elhan Şahinoğlu
Elhan Şahinoğlu: Petrosyan da konuştu
337 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.