2020 İRAN’IN EN UZUN YILI MI OLACAK?

Neden ikinci bir Yalta?

Ganimet Zayidov: Yeni bir şüar olacaqmı, yoxsa elə, « Yaşasın xarı bülbül !» kifayətdir?

Arap baharı İran kışına mı evriliyor

Elhan Şahinoğlu: Pekin Yaponiyanı nüvə silahıyla hədələyib

Gündem 29 Temmuz 2021
47
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Tokioda yay olimpiadası davam edir. Yaponiya hökuməti idman oyunlarını yüksək səviyyədə keçirməklə yanaşı ətrafında baş verənləri də izləyir. Vaşinqtonun ardınca Tokio da Tayvan probleminə diqqətini artırıb. Tokio bəyan edib ki, Tayvanı Çin təhlükəsi qarşısında tək qoymayacaq. Bu açıqlamadan sonra Yaponiyaya məxsus hərbi gəmi Tayvan adasına yaxınlaşaraq Çinə əzələ nümayişi göstərib.
Tokio Vaşinqtonla birgə Tayvan adasını Çinin həmlələrindən qorumağa hazırdır. Görünür, Tokioda hesab edirlər ki, Çin nə vaxtsa Tayvan adasını ələ keçirsə, bununla kifayətlənməyəcək, bu isə Yaponiyaya təhlükəsizlik problemləri yaradacaq.
Çin Tayvanı özününkü sayır və bunu gizlətmir. Çin lideri Tsi Tsinpin açıq bəyan edib ki, əsas məqsədləri Tayvanı Çinə birləşdirməkdir. Çin bu istiqamətdə addım-addım irəliləyir, ordusunu və hərbi donanmasını gücləndirir. Pekinin bu siyasəti Yaponiya ilə yanaşı digər sahil dövlətlərini də narahat edir.
Buna baxmayaraq, Pekin qarşısındakı sədləri aşmağa hazırlaşır. Yaponiyaya gəldikdə Pekin bu ölkəni nüvə silahıyla hədələyib. Nüvə silahı Yaponiya üçün həssas mövzudur. Yaponiya dünyanın yeganə ölkəsidir ki, iki şəhərinə atom bombası atılıb, nəticədə minlərlə insan həlak olub. Çin Kommunist Partiyasının yayımladığı videogörüntüdə Yaponiyanın Tayvan məsələsinə qarışacağı və Çinlə birləşməsinə mane olacağı halda adaya nüvə zərbəsi endirəcək. Çin bu görüntünü internetdə yayımlayıb.
Bəzi ekspertlər bu xəbərdarlığı ciddi qəbul etməyiblər. Çünki Çin heç zaman Yaponiyaya qarşı nüvə silahından istifadə edə bilməz. Məsələ burasındadır ki, Yaponiya Çinə yaxın ərazidədir. Yaponiyaya atılan nüvə silahının Çinə də mənfi təsirləri olacaq. Digər tərəfdən bu beynəlxalq cinayət olar.
Buna baxmayaraq, Çinin hədəsinə ciddi yanaşanlar da var. Belələri hesab edirlər ki, Çin Tayvanı özünə birləşdirmək üçün bütün risqləri hesablayıb, istənilən dövlətlə qarşıdurmaya hazırdır. Ancaq ABŞ və Yaponiya da Çinin bu hədəsi qarşısında təslim olan deyillər. Həm Vaşinqton, həm də Tokio Tayvanı Çinin hücumlarından qorumaq üçün əks-həmlədən çəkinmirlər. Odur ki, Çin hakimiyyətinin Yaponiyanı internetdə yaydığı nüvə hədəsiylə bağlı siyasəti Tokioun qorxutmur. Doğrudur, Yaponiyanın nüvə silahı yoxdur. Ancaq Yaponiyanı ABŞ qoruyur. Yaponiyaya ediləcək həmlə ABŞ-ın hərəkətə keçirəcək, Vaşinqton müttəfiqi qorumaq üçün istənilən addımı atacaq.
Elhan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar