Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə niyə zəng edib? Məsələ burasındadır ki, Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfərindən və bu ölkənin prezidenti Volodimir Zelenski ilə görüşündən sonra rusiyalı həmkarına zəng etdi. Zəngin mahiyyəti o idi ki, Azərbaycan-Ukrayna münasibətləri Rusiyaya qarşı yönəlməyib. Erməni siyasi ekspertlər İlham Əliyevin Ukraynaya səfərini rəsmi Bakının anti-Rusiya siyasəti kimi qələmə verərək Moskvaya xəbərçilik etməyə çalışsalar da, Kreml İlham Əliyevin Kiyevə səfərindən narahat olmadı.
Buna baxmayaraq, Nikol Paşinyan yenidən Kremlə yarınmaq istədi. O “balans pozulmasın” deyə İlham Əliyevin ardınca Putinə zəng edərək Kreml sahibinin vasitəçiliyi ilə qəbul olunan bəyanatları müzakirə etməklə yanaşı ATƏT-in Minsk qrupunun həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu vurğunlayıb. İlham Əliyev isə son müsahibəsində həmsədrlərin fəaliyyətinə ehtiyac duymadığını bir daha təkrarlamışdı. Paşinyan isə Putinə telefon zəngi ilə göstərmək istəyir ki, həmsədrlərin fəaliyyətinin davam etdiirlməsi məsələsində Moskvanın və İrəvanın mövqeyi eynidir.
Elhan Şahinoğlu Kafkassam