KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Müharibə olmaya bilərdimi?

Elhan Şahinoğlu: Müharibə olmaya bilərdimi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
201 0

Rusiyanın hansı tələbi yerinə yetirilsəydi Kreml bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdı? Bu sual bəzi dairələrdə hələ də səslənir. Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi. Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi Vladimir Putin hücum əmri verdi. Yaxşı bəs onda Ukraynanın əvvəlki hakimiyyəti nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Petro Poroşenko qalib gəlsəydi Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi.

Putinə görə ruslar və ukraynalılar eyni millətdir və ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməli idi. Ukraynada prezident Volodimir Zelenski deyil, qeyrisi də olsaydı Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu da xalqı devirdi.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir