KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Lyayen də Əliyevə zəng etdi

Elhan Şahinoğlu: Lyayen də Əliyevə zəng etdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
33 0

ABŞ dövlət katibi Entoni Blinkendən bir gün sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanla sabah Brüsseldə görüşəcək və Ermənistana dəstək planını açıqlayacaq hər iki rəsmi şəxs – Blinken və Fon der Lyayen dövlət başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi. Blinkenlə Fon der Lyayenin İlham Əliyevlə telefon danışığında fərq diqqəti çəkib. Blinken telefon danışığının başlanğıcında Brüssel görüşündən danışaraq Azərbaycanın narahatlığı üçün əsas olmadığını söyləmiş və bundan sonra da Vaşinqtonla Bakı arasında sıx əməkdaşlığın davamına toxunmuşdu. Fon der Lyayen isə əksinə əvvəlcə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirib. İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb. Eyni səpgili açılamanı Türkiyə Xarici İşlər Nazirliyi yayımlayıb.

Vaşinqton və Brüssel Bakının narahatlığı barədə məlumatlıdırlar. Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim Vaşinqtonla Brüsselindir. Hər ikisi Fransanın səhvini təkrarlamamalıdır.
Elhan Şahinoğlu kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir