KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Elhan Şahinoğlu: Lobbi maraqları təhlükəsizlik maraqlarını üstələyəndə…

Elhan Şahinoğlu: Lobbi maraqları təhlükəsizlik maraqlarını üstələyəndə…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
306 0

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Romada keçirilən 16-cı G-20 sammiti çərçivəsində bir araya gəliblər. Görüş 20 dəqiqə planlaşdırılsa da, 1 saat 10 dəqiqə çəkib.

Görüşdən sonra yayımlanan açıqlamada iki ölkə lideri konstruktiv dialoqu davam etdirmək qərarına gəliblər. Bunun üçün liderlər ortaq mexanizm qurulmasna razılaşıblar. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması vacibliyini bildirən liderlər NATO çərçivəsində strateji ortaqlığın davam etdirilməsi gərəkliyini də vurğulayıblar.

Görüşdən sonra hər iki tərəf görüşün nəticəsini müsbət qiymətləndiriblər. Buna baxmayaraq, ABŞ prezidenti Co Baydenin görüşdən sonrakı açıqlamaları optimizmə əsas vermir.

Birincisi, Bayden deyib ki, Vaşinqton əvvəlkitək Türkiyənin Rusiyadan S-400 raket sisteminin almasından narahatdır.

İkincisi, Bayden deyib ki, Vaşinqton Türkiyənin Amerikadan almaq istədiyi F-16 qırıcı təyyarələri ilə bağlı “müvafiq prosedurlara” ehtiyac var.

Bu o deməkdir, Vaşinqton Türkiyəyə F-35 təyyarələrinin əvəzinə F-16 təyyarələrini satmaq fikrində yekdil qərara gəlməyib. Pentaqon və Ağ Ev müsbət qərar versələr belə Konqresin təsdiqi lazım gələcək. ABŞ Konqresi isə anti-Türkiyə mövqeyindən geri çəkilməyib. Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlubnun sözlərinə görə, əgər Ağ Ev Türkiyəyə F-16 təyyarələrini satmaq qərarına gələcəksə, bununla bağlı Konqresi də inandırmalıdır. Həqiqətən Ağ Evin təsdiqinə rəğmən, Konqres rədd cavabı verəcəksə, birinci mərhələdəki təsdiqin heç bir əhəmiyyəti qalmır. Çətin olacaq. Pentaqon, Ağ Ev də Konqres Türkiyəyə hərbi təyyarə satmamaq üçün Ankaranın Rusiyadan aldığı C-400 raketlərini bəhanə edəcəklər.

ABŞ və Türkiyə prezidentləri Romada Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. Ancaq bu mövzunun iki lider arasında geniş müzakirələrə səbəb olduğunu söyləmək çətindir. Çünki 1 saat 10 dəqiqəlik söhbətdə mövzu çox olub. Bu sıraya iki ölkə arasında hərbi və iqtisadi əməkdaşlıqdan tutmuş Əfqanıstanda humanitar durum, yardımların çatdırılması, Liviyada seçkilər, Aralıq dənizindəki vəziyyətə dair mövzular aiddir.

Görəsən Vaşinqtonu Cənubi Qafqazdakı durumla bağlı nə narahat edir? Əslində NATO üzvü Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsi ABŞ-ın maraqlarına uyğun olmamalıdır. Çünki əks halda Cənubi Qafqazda Amerikanın rəqibi Rusiya tək hakim olacaq. Bu isə Amerikanın maraqlarına cavab verməməlidir. Ancaq problem ondadır ki, Amerikada siyasətçilər və bir qrup konqresmen lobbi maraqlarını ölkələrinin milli və təhlükəszilik maraqlarından üstün tuturlar. Misal üçün erməni lobbisinə bağlı amerikalı konqresmenlərin, siyasətçilərin və diplomatların şəxsi maraqları Ermənistana dəstəyi məsbur edirsə, Amerikanın milli və təhlükəsizlik maraqları Ermənistandan fərqli olaraq Rusiyanın vassalı olmayan Azərbaycanla əməkdaşlığı, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsinə dəstəyi diqtə edir. Təəssüf ki, bir sıra hallarda şəxsi maraqlar dövlət maraqlarını üstələyir, elə Ağ Evin indiki sahibi də vaxtilə Konqresdə Azərbaycana qarşı 907-cü düzəlişi dəstəkləyərkən şəxsi maraqlarını ölkəsinin təhlükəsizlik maraqlarından üstün tutmuşdu.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir