İranın Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə Azərbaycan prezidenti İlham Əliyevin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədəki tənqidi fikirinə bu şəkildə münasibət bildirib: “İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.
İran rəsmiləri və diplomatları yenə Azərbaycan-İsrail tərəfdaşlığına işarə edirlər. Məgər Azərbaycan öz ərazisində İsraillə birgə hərbi təlimlər keçirib və ya Tehranın sionist rejim adlandırdığı ölkə Azərbaycan ərazisindən İranı təhdid edib? Prezident İlham Əliyev və Azərbaycan cəmiyyəti haqlı olaraq sual edib: “Əlbəttə, öz ərazisində hərbi təlimlər keçirmək İranın daxili işidir, ancaq nədən Azərbaycan torpaqları işğal altında olduğu illərdə sərhəddə təlimlər keçirmirdilər, elə ki, Azərbaycan öz torpaqlarını azad etdi, Arazın o tayında təlimlərə ehtiyac duyuldu?” Bu suala cavab vermək əvəzinə yenə İsraili bəhanə gətiriblər…
Elhan Şahinoğlu