KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu: İrəvanda Rusiyayı dəstəkləyən mitinqlər keçirilir

Elhan Şahinoğlu: İrəvanda Rusiyayı dəstəkləyən mitinqlər keçirilir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
286 0

İrəvanda artıq neçəncü gündür ki, Rusiyanın Ukrayna torpaqlarının işğalını dəstəkləyən mitinqlər keçirilir. Mitinqlərdə Rusiya bayraqları ilə yanaşı işğalın simvolu olan “Z” hərfi dalğalanır. Ermənilər Rusiyaya yaltaqlanmağın yeni formasını tapıblar. Ukraynada yaşayan ermənilərin sayı bu ölkədə yaşayan azərbaycanlıların sayı qədər olar, Ukraynada ermənilərin biznesmenləri və naziri də var idi. Ancaq kimsə eşidib ki, Ukraynadakı hansısa erməni biznezmen və ya restoran sahibi Kiyevin, Odessanın və bu ölkənin başqa şəhərlərində ağır durumda olan ukraynalılara ərzaq, geyim və isti yemək dağıtsın? Bu işi soydaşlarımız görür.

Dilpomatiyamız fəal olmalı, Azərbaycan əleyhinə səs verən amerikalı konqresmenlərə, Fransanın deputatlarına və digərlərinə İrəvanda keçirilən işğala dəstək mitinqlərinin videolarını göndərməlidirlər. Deməli, ABŞ Konqresi bir tərəfdən işğalçı Rusiyaya və rusiyalı generallara qarşı sərt sanksiyalar qəbul edir, digər tərəfdən həmin Rusiya ordusunun nəzarətində olan Qarabağ separatçılarına 2 milyon dollar yardım ayırır. Azərbaycanın ABŞ-dakı səfirinin və ya rəsmilərimizdən birinin bununla bağlı Amerikanın məşhur nərşlərinin birində yazının yayımlanmasına ehtiyac var, Həmin yazıda Konqresin ziddiyətli qərarının və İrəvandakı işğala dəstək mitinqlərinin Amerikanın təhlükəsizlik siyasəti ilə nə dərəcədə üst-üstə düşdüyünün sualı yazılmalıdır.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir