KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb

Elhan Şahinoğlu: İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
27 0

Pakistanda illər uzunu baş nazirlər və hökumətlər korrupsiya ittihamları ilə üzləşiblər. Baş nazirlər sonrakı illərdə korrupsiya ittihamları ilə ya həbs olunublar, ya da Pakistanı tərk edərək əsasən Londonda siyasi sığınacaq tapıblar. Bu dəfə isə durum fərqli idi. Pakistanın baş naziri İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb. İmran Xanın Çinlə yanaşı Rusiya ilə yaxınlaşması müxalifətin və indi bəlli olur ki, pakistanlı generalların xoşuna gəllməyib. Pakistan İmran Xandan əvvəl də Çinlə sıx əlaqələr qurub. Bu siyasi ittifaq Hindistan əleyhinədir. Çinin Pakistana böyük yatırımları da mövcuddur.

Pakistanın xarici siyasətində Rusiya amili yenidir. Görünür, bunda da Çin amili rol oynayıb. Rusiya ilə strateji tərəfdaş olan Pekin İslamabada da eyni “siyasəti” təklif edib. Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibədən bir neçə gün əvvəl İmran Xanı Moskvada qəbul edib. Bu Pakistan müxalifətiylə yanaşı ABŞ-ın da xoşuna gəlməyib. İmran Xan əmindir ki, onun parlamentdə devrilməsində Vaşinqtonun rolu olub. İmran Xan müxalifət nümayəndələrini ABŞ səfirliyində müzakirələrdə iştirakda ittiham edib. Vaşinqtonun son illərdə Hindistanla qurduğu sıx siyasi və hərbi əlaqələr Pakistanın hərbi dairələrində narahatlıq doğurub. Pakistan generalları hesab edə bilərdilər ki, İmran Xanın Çin və Rusiya ilə yaxınlığı ABŞ-Hindistan ittifaqını daha da gücləndirir və ona görə onların da baş nazirlə yolları ayrılıb.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.