KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Honkonq yeni gərginlik ocağıdır

Elhan Şahinoğlu: Honkonq yeni gərginlik ocağıdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
393 0

Çin Amerika Birləşmiş Ştatları ilə münasibətləri normallaşdırmağa çalışır. Təsadüfi deyil ki, Pekin ABŞ-a yeni səfir təyin edib. Bu ilin iyul ayının sonunda Vaşinqtona təyinat alan səfir Tsin Qanın Vaşinqtonda ilk açıqlaması əməkdaşlığın vacibliyi barədə olub.

“Gəlin pandemiyaya qarşı birgə mübarizə aparaq. Virusun yeni “delta” növü Amerikada geniş yayılır, Çinin müxtəlif yerlərində də xəstələr qeydə alınır. Bu xəstəliyə qarşı yalnlz birgə mübarizə aparmaqla müsbət nəticə əldə edə bilərik. Yeni vaksinlər üzərində işləyərək başqa ölkələrə də kömək edə bilərik” – bu yeni səfirin ilk açıqlamasıdır.

Çin səfiri Vaşinqtonu əməkdaşlığa çağırarkən virusun Çin laboratoriyasında hazırlandığı iddiaları Amerikada yenidən müzakirə predmetinə çevrilib. ABŞ Konqresi də bu qənaətdədir ki, virus Çin laboratoriyasında hazırlanıb və dünyaya yayılıb. Bu cür iddialar varkən Vaşinqtonun pandemiyaya qarşı Pekinlə birgə mübarizə aparacağı ağlabatan deyil. Çünki Pekin virusun laboratoriyadan yayılması iddiasını rədd edir. Pekinin inkarçı siyasəti isə Vaşinqtonun xoşuna gəlmir.

Bu arada, ABŞ-la Çin arasında yeni ixtilaf mövzusu peyda olub. Vaşinqton Honkonq sakinlərinə müvəqqəti sığınacaq verən memorandum yayımlayıb. Pekin bu memorandumun əleyhinə çıxıb. Pekin hesab edir ki, haqqında danışılan memorandum Çinin daxili işlərinə qarışmasıdır. Çin Xarici İşlər Nazirliyinin bəyanatında bunlar yazılıb: “Amerika Honkonqun və Çinin daxili işlərinə qarışmamalıdır. Vaşinqtonun qəbul etdiyi memorandum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Vaşinqton fərqli düşünür. ABŞ prezidenti Co Bayden artıq memorandumu imzalayıb. Vaşinqton hesab edir ki, Çin rejimi Honkonqda yaşayan bir qrup fəalı təqib və həbs edə bilər. Memoranduma görə, honkonqlulara nəinki sığınacaq Amerikada əmək fəaliyyətlərini davam etdirmək imkanı da veriləcək. Söhbət Honkonda Çin əleyhinə mitinq və küçə yürüşlərində iştirak edən və Pekinin siyasətini sərt tənqid edən honkonqlulardan gedir.

Bu məsələdə ABŞ-a Böyük Britaniya da dəstək verib. Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab deyib ki, London Vaşinqtonun Honkonq sakinlərinə sığınacaq verən qərarını dəstəkləyir.

London Honkonqun taleyinə biganə deyil. Məsələ burasındadır ki, 1997-c ilə qədər Honkonq Böyük Britaniyanın mandatı altında olub. 1997-ci il qədər Honkonqda anadan olanların bir qismi Böyük Britaniya pasportlarına malik olublar. Ona görə də London öz vətəndaşlarını düşünmək məcburiyyətindədir.

Beləliklə, Honkonq ətrafındakı durum Pekinlə Vaşinqton və London arasında yeni gərginlik ocağı yaradıb və gərginliyi azaltmaq Çinin Amerikadakı yeni səfirinin imkanı xaricindədir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir