KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Hindistan Qərbə üstünlük verib

Elhan Şahinoğlu: Hindistan Qərbə üstünlük verib

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
75 0

Rusiya prezidenti Vladimir Putinin bu ayın əvvəlində Hindistana səfərinin başlıca məqsədi Dehlinin Kremllə siyasi və hərbi tərəfdaşlığını gücləndirmək idi. Əlbəttə, Dehli Kremllə ənənəvi isti münasibətlərinin davamını istəyir. Ancaq rəsmi Dehli bu münasibətlər naminə ABŞ və Avropadakı tərəfdaşlarıyla münasibətləri zəiflətmək istəmir. Halbuki, Kreml Dehlini Qərblə sıx münasibətlərdən qopartmaq istəyərdi.

ABŞ Müdafiə Nazirliyi açıqlama yayınlayaraq Çinin Hindistanla sərhədə əlavə qüvvələr cəmləşdirməsindən narahatlığını bildirib. “Foreign Policy” dərgisində yayımlanan məqalədə Pentaqonun açıqlaması Vaşinqtonun Çin-Hindistan gərginliyində Dehlinin tərəfini tutmasının əyani göstərib. “Foreign Policy” dərgisindəki məqalədə Pekinin Hindistanla sərhəddə əlavə 5 strateji brobardmançı təyyarə yerləşdirdiyi də yazılıb.

Pekin bir tərəfdən Dehli ilə münasibətlərin normallaşdırmağa çalışdığını bəyan edir, o biri tərəfdən Hindistanla sərhəddə hərbi qüvvələrini artırmaqla məşğuldur. Bu vəziyyət dəyişməzsə ABŞ-ın Hindistana əlavə silah və hərbi texnika satacağı ehtimal edilir. Bunu amerikalı generallar da açıqlamalarında vurğulayırlar. Bu mənada ABŞ və Hindistanın yüksək rütbəli hərbçiləri arasında təmaslar artıb.

Bu arada, Fransa ilə Hindistan arasında da hərbi əməkdaşlığın miqyası artıb. Fransanın müdafiə naziri Florans Parli Dehliyə iki günlük işgüzar səfəri zamanı ölkəsinin Hindistana daha çox hərbi texnika sata biləcəklərini deyib. Hindistanın müdafiə naziri Radjanar Sinkx fransalı həmkarıyla danışıqlardan razı qalıb. Vaşinqton kimi Paris də Çin-Hindistan gərginliyində Dehlini dəstəkləyir.

Hindistan Fransanın hərbi gəmilərinə maraq göstərir. Fransa Avstraliya üçün sualtı hərbi gəmilər inşa etməliydi. Ancaq Avstraliya dəyəri on milyardlarla dollar olan sazişdən imtina edərək ABŞ-la anlaşdı. Avstraliya atom sualtı gəmiləri ABŞ-dan alacaq. Bunun əsasında bölgədə AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) adlı hərbi blok formalaşıb.

Avstraliyanın Fransa ilə sazişdən imtina etməsi Parisə böyük narazılıqla qarşılandı. Fransa böyük qazancdan məhrum oldu. Ona görə də rəsmi Paris hazırda maliyyə itkisinin yerini Hindistana satacaq eyni adlı sualtı gəmilərlə doldurmaq istəyir. Hindistan atom sualtı gəmilərə maraq göstərir. Fransa-Hindistan hərbi əməkdaşlığı sualtı hərbi gəmilərlə kifayətlənmir. Hindistan 2016-cı ilin sentyabrında imzalanmış hökumətlərarası müqavilə çərçivəsində Fransadan 36 “Rafale” qırıcısı təyyarəsi alıb. Bundan başqa Fransadan helikopterlərin alınmasıyla bağlı da razılaşma var.

Vaxtilə Hindistanın ən çox silah və hərbi texnika aldığı ölkə keçmiş SSRİ və Rusiya idi. Hindistan indi də Rusiya silahına maraq göstərir. Misal üçün Hindistan Rusiyadan “S-400” raketləri və “Kalaşnikov” avtomatları alacaq. Ancaq qırıcı təyyarə, helikopterlər və hərbi gəmilər məsələləsində Dehli artıq Qərb ölkələriylə əməkdaşlığa üstünlük verir. Bunun səbəbi sadədir. Qərbin hərbi texnikası baha olsa da, Rusiyanın ucuz hərbi texnikasından keyfiyyətcə üstündür.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.