KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Hansı peyvənd etibarlıdır?

Elhan Şahinoğlu: Hansı peyvənd etibarlıdır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
311 0

“Vaşinqton post” qəzeti Çinin koronavirusa qarşı Sinovac peyvəndi barədə geniş məqalə yayınlayıb. Bu peyvənd dünya bazarına çıxarılıb. Bu peyvəndin ilk dəfə hələ 2003-cü ildə SARS-a qarşı mübarizədə sınaqdan keçirilib. Ancaq ABŞ dərgisi yazır ki, vaxtilə bu peyvəndin təsdiqi üçün peyvəndi istehsal edən şirkətin rəhbəri müvafiq strukturlara rüşvət verib.
Rüşvət qalmaqalı peyvəndlə bağlı müzakirələri genişləndirib. Nyu York Universitetinin Tibb Mərkəzinin şöbəsinin müdiri Arthur Caplan, deyib ki, şirkətin rüşvət tarixçəsinə sahib olması, peyvəndinə dair dərc olunmamış, araşdırılmayan məlumat iddiaları üzərində uzun bir şübhə kölgəsi yaradır.
“Vaşinqton post” qəzeti iddia edir ki, 2016-cı il məhkəmə ifadəsində Sinovac-ın qurucusu və icraçı direktoru Yin Veydonq peyvənd araşdırmalarına nəzarət edən tənzimləyici bir səlahiyyətli şəxsə və onun həyat yoldaşına 2002-2011-ci illərdə 83.000 dollardan çox rüşvət verib. Həmin rəsmi də rüşvətin müqabilində Sinovacın peyvənd sertifikatlarını sürətləndirdiyini etiraf etib. Məhkəmənin hökmü ilə həmin çinli rəsmi 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib.
Buna baxmayaraq, Sinovac peyvəndini Braziliyadan tutmuş Türkiyə və İndoneziyaya qədər inkişaf etməkdə olan ölkələrə tədarükü başlayıb. Braziliyada, São Paulo şəhərinin qubernatoru João Doria bu peyvəndi ən etibarlı peyvənd olaraq adlandırıb. Bəzi məlumatlara görə sınaqdan keçirilən bu peyvəndin 97 faiz müsbət nəticə verib. Ona görə də bu peyvəndə maraq böyükdür. Çinin özündə isə Sinovac peyvəndi ikinci yerdədir, dövlətə məxsus Sinopharm peyvəndləri təcili istifadə proqramı çərçivəsində daha geniş tətbiq olunur. Can Sino və bir hərbi tədqiqat institutu tərəfindən hazırlanmış başqa bir Çin peyvəndi, Çin ordusu tərəfindən təcili istifadə üçün təsdiq edilmişdir.
Bütün hallarda koronavirusun geniş miqyas aldığı ölkələrin peyvəndə ciddi ehtiyacı var. Qərb ölkələrində və Rusiyada tədricən peyvəndlənmə çalışmalarına başlayıb. Ancaq peyvəndlərin tətbiqinin çətinlikləri də var. Sınaqdan keçirilən peyvəndlərin istehsal gücü hələ zəifdir. Ona görə də kütləvi peyvəndlənmə hələ mümkün deyil. Peyvəndlənmə ilk növbədə risq qruplarından başlanmalıdır. Digər tərəfdən istənilən sınaqdan keçirilən peyvəndin müxbət tarixçəsi olmalıdır. Yəni elə olmamalıdır ki, ilkin mərhələdə sınaqdan uğurla keçən peyvəndin tətbiqi zamanı başqa problemlər üzə çıxsın. Çünki bu halda insanların həmin peyvəndə inamı azalacaq və peyvəndin kütləvi tətbiqi zəifləyəcək, bu isə koronavirusla mübarizədə yeni problemlər yaradacaq. Buna görədir ki, müxtəlif ölkələrin rəsmiləri və tibb ekspertlər peyvənd seçimində qərar verməkdə çətinlik çəkirlər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir