KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Hamas İsrail kavgası Azerbaycan’a tesir eder mi

Elhan Şahinoğlu: Hamas İsrail kavgası Azerbaycan’a tesir eder mi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
316 0

Yaxın Şərqdə baş verənlərin Azərbaycanın siyasətinə də təsiri ola biləmi? Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından narahatlığını gizlətmirdi. Tehran Həmas vasitəsilə Azərbaycana tərəfdaş olan dövlətə zərbələr endirib. Rəsmi Bakı bu və digər formada İsrailə hücumu pisləyəcək. İsrail Həmas qruplaşmasının silahlandırılmasından şübhəli bildiyi İran mövqelərinə zərbələr endirəcək. Bundan sonra Tehran İsrailin Cənubi Qafqazdakı varlığına qarşı daha sərt açıqlamalar verəcək. Bu açıqlamalar rəsmi Bakının İsraillə tərəfdaşlıq siyasətinə təsir etməyəcək. Bu halda İranda Azərbaycan əleyhinə təbliğat güclənəcək. Türkiyə üçün də çətindir. Ankara Həmas qruplaşmasıi ilə təmasda olub, bu təşkilatın liderləri dəfələrlə Türkiyədə səfərlərdə olub və Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla fikir mübadiləsi aparıblar. Ancaq Həmas qruplaşmasının İsrailə hücumu Ərdoğanı da çətin vəziyyətə salıb. Türkiyə Cumhurbaşqanı Fələstinin müstəqillik ideyasını dəstəkləsə də, Həmas qruplaşmasının İsrailə hücumuna haqq qazandıra bilməz. Digər tərəfdən Ankara son vaxtlar İsraillə münasibətlərin normallaşması siyasətinə üstünlük verirdi, baş nazir Benyamin Netanyahunun Türkiyəyə səfəri nəzərdə tutulurdu. Digər tərəfdən Ankara İsraillə yaxınlaşarkən bu ölkənin Azərbaycana hərbi dəstəyi amilini də hesaba qatırdı.

İsrailin baş naziri Benyamin Netanyahu Həmas qruplaşmasının İsrailə hücumuna görə İranın məsuliyyət daşıdığını bildirib. İran illərdir Həmas və Hizbullahı silahlandırır və bu iki qruplaşmanı gərəkli maliyyə ilə təmin edir. Tehran İsrailin ərəb ölkələriylə dialoqundan narahat idi. İsrail son illərdə bir neçə ərəb ölkəsi ilə diplomatik əlaqə quraraq qarşılıqlı şəkildə səfirliklər açmağa nail olmuşdu. İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasıyla bağlı danışıqlar son mərhələyə qədəm qoymuşdu. Tehran bu gedişatı pozmağa qərar verdi. Hizbullah təşkilatının da Livan ərazisindən İsrailə zərbə endirəcəyi istisna deyil. Bu halda İsrail iki cəbhədə savaşmalı olacaq. Görünür, Tehran hesab ediblər ki, Yaxın Şərqi qarışdırmaqla həm İsrailin, həm də ABŞ-ın planlarını pozmuş olacaqlar. Yaponiya 1941-ci ildə Amerikanın Pearl Harbor hərbi bazasına hücum edəndə gedişatın öz xeyrinə dəyişəcəyini düşünürdü. Amerikanın intiqamı dəhşətli oldu. ABŞ 1945-ci ildə Yaponiyaya yeni kəşf etdiyi iki atom bombası atmaqla düşmənini ay bayraq qaldırmağa məcbur etdi. Yaponiyanın hərbi xuntasının Amerikaya hücumundan sadə yaponlar əziyyət çəkdilər, atılan atom bombaları yüzminlərlə yaponun ölümünə səbəb oldu. İndi də İsrailə hücum əməliyyatını planlaşdıranlar və əmr verənlər öz xalqlarını böyük təhlükəylə üz-üzə qoyublar.
Həmas təşkilatının İsrailə hücum qərarı başqa yerlərdə verilib. İsrail buna cavab olaraq həm Həmas təşkilatının Qəzza bölgəsindəki mövqelərini vuracaq, həm də ona maliyyə və silah sursat ötürən Suriya və İrandakı mərkəzləri hədəf alacaq. İsrailin zərbələri nəticəsində Həmas üzvləri ilə yanaşı mülki insanlar arasında da ölənlər olacaq və bu Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirəcək. Bu Azərbaycanın maraqlarına uyğun olmasa da, Türkiyə İsraili fələstinlilərin ölümündə ittiham edəcək. Beynəlxalq aləmdə də bu müharibə ikitirəlik yaradacaq. ABŞ və Avropa ölkələri İsrailə dəstək ifadə edərkən, Fələstinin müstəqlliyinin təmin edilməsi tələbini səsləndirənlər də olacaq. Son toqquşmalar İsrailin Fələstinin müstəqilliyini tanıması perspektivinə zərbə vurdu. Müharibə fonunda İsraildə baş nazir Benyamin Netanyahunun və onun radikal tərəfdarlarının mövqeyi güclənəcək. Yaxın Şərqdə artacaq gərginlik beynəlxalq aləmin Ermənistanın Qarabağla bağla ağlaşmalarına və yalvarışlarına diqqəti azalacaq.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir