KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Fransa bizə təzyiqi artırmağa çalışır

Elhan Şahinoğlu: Fransa bizə təzyiqi artırmağa çalışır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
165 0

Bu psixoloji mübarizədir, Fransa bizə təzyiqi artırmağa çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək. Fransa prezidenti Emmanuel Makronun Bakıya dünənki zəngi də bununla bağlıdır. Makronun dövlət başçısı İlham Əliyevlə fikir mübadiləsinin içi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar. Yolu açmasaq, Paris bizə qarşı nə edə bilər?

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan qarşı qətnamə qəbul etdirməyə çalışa bilər. Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu Azərbaycana görə deyil, Ukrayna müharibəsinə görə Qərblə qarşıdurmasına görə edəcək. ABŞ-ın özü də Fransa oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz. Fransa Avropa İttifaqı çərçivəsində də Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilər. Fransanın bu istiqamətdə də nəticə əldə edəcəyi problematikdir. Avropa İttifaqında qərarlar konsensusla qəbul edilir, Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər. Ona görə də Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir