KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu: Ermenistan’da erken seçim kararı

Elhan Şahinoğlu: Ermenistan’da erken seçim kararı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
310 0

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət erkən parlament seçkisinin tarixini elan etdi – 20 iyun. Paşinyan Azərbaycana məğlubiyyətdən sonra yaranan dərin böhrana dözdü, idarə etməyə çalışdı, radikal müxalifət, kilsə, baş qərargahın sədrinin tələbləri qarşısında istefa vermədi. Ancaq erkən parlament seçkisi də Ermənistanı hazırki böhrandan xilas etməyəcək.
Birincisi, küçələrə tökülüşən radikal müxalifət seçkinin nəticəsini tanıymayacaq. Çünki küçələrdəki müxalifət seçkidə səs qazanmayacağını bəri başdan bilir. Digər tərəfdən iyunun 20-də qədər başda Paşinyan olmaqla seçkiyə qatılacaq siyasi partiyalar təbliğat kampaniyasına başlayacaqla. Aydındır ki, kampaniyanın əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq və bu amil Ermənistanı bir neçə ay yenə gərgin vəziyyətdə saxlayacaq.
Buna baxmayaraq, Paşinyan seçkiyə qədər sağ qalsa (ermənilər terroru yaxşı bacarırlar) o yenidən ermənilərin səslərini qazanacağına ümidlidir. Onun qələbəsi partiyasına təkbaşına hökumət formalaşmağa imkan verməsə də, Paşinyan seçkinin nəticəsinə görə söz sahibi olan siyasətçilərdən biri olaraq qalacaq. “Qarabağ klanı”nı və onun liderlər Robert Köçəryan və Serj Sərkisyan böyük ehtimalla yenə müxalifətdə qalacaqlar. Seçkinin nəticəsinə görə koalisyon hökumət formalaşarsa, yeni baş nazir üçün qərarlar vermək də çətin olacaq. Ancaq baş nazir kim olursa olsun həmin şəxs Moskvanın vasitəçiliyi ilə qəbul edilən 9 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir. Nikol Paşinyanın yenidən baş nazir kimi fəaliyyətini davam etdirməsi Azərbaycanın maraqlarına cavab verirsə, yaxın aylarda həbsxanalarımızda saxlanılan bir qrup erməninin Ermənistana təhvil verilməsi mümkündür. Bu Paşinyanın seçki öncəsi erməni cəmiyyətində nüfuzunu daha bir az gücləndirə bilər.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir