KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu: Ermeni ordusundaki Rusyacılar harekete mi geçti

Elhan Şahinoğlu: Ermeni ordusundaki Rusyacılar harekete mi geçti

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
156 0

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 2 gündən sonra Brüsseldə görüşməli ikən sərhəddəki təxribat kimin maraqlarına cavab verir? Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Paşinyan Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur. Paşinyan Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa “yox” deyə də bilmir, ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilərdi. Başqa bir versiya da var.

Nikol Paşinyan çıxışlarının birində özü etiraf etmişdi ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. Paşinyan “beşinci kolon” dedikdə Rusiya kəşfiyyatıyla bağlı olan yüksək rütbəli erməni hərbçilərinə işarə edib. Əgər Paşinyan ordusuna nəzarət edə bilmirsə, demək Rusiya kəşfiyyatına bağlı hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilərdi. Bu halda “Azərbaycan mövqelərinə atəş açın” əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən Kremldən gəlib. Demək Azərbaycan ordusu həm İrəvandan idarə olunan Ermənistan ordusuna qarşı, həm də Kremldən təlimat alan erməni generallarına qarşı savaşmaq məcburiyyətindədir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir