KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu: Ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq alət kimi istifadə edirlər

Elhan Şahinoğlu: Ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq alət kimi istifadə edirlər

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
286 0

Biz haqlı olaraq 10 noyabrdan sonra ələ keçirdiyimiz erməni silahlılarını “əsir” hesab etmirik. Həmin Ermənistan vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə biz onları terrorçu hesab edirik. 10 noyabra qədər bütün əsirlər təhvil verilib. Ancaq Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı “əsir” kampaniyası təşkil ediblər və açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərində dəstək görürlər. Ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq alət kimi istifadə edirlər. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin “əsir” mövzusunu qanunverici orqanlara çıxarılması da istisna deyil, artıq “təşəbbüs qrupları” formalaşıb.
Azərbaycan haqlıdır, ancaq Ermənistan + erməni lobbisi + Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər. Ona görə də bizim nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq.
Erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını həbsxanada saxladı, günahları o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etməyə getmişdilər. Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik. Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsiylə əlaqələndirməliyik. Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Digər tərəfdən təzyiq qarşısında hücum diplomatiyasını gücləndirməliyik. Azərbaycanın ombudsmanının da fəallığını artırmasına ehtiyac var.
Elhan şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir