KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu: Ermənistanın sərhədində nə problemləri var ki?

Elhan Şahinoğlu: Ermənistanın sərhədində nə problemləri var ki?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
28 0

İranın ali dini lideri Əli Xameneinin mərhum prezident İbrahim Rəisinin vida mərasimində iştirak etmək üçün Tehranda olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı söylədiyi bəzi fikirlərin altqatı var. “Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi” deyən ali dini lider bu həssaslığın və diqqətin bundan sonra da nəzərə alınacağını bildirib.

Ermənistanın sərhədində nə problemləri var ki? Böyük ehtimalla ali dini lider bunu dedikdə ya Azərbaycanın Ermənistanla şərti sərhəddə strateji yüksəklərə nəzarət etməsini, ya da Zəngəzur dəhlizini nəzərdə tutub. Xamenei Paşinyanı arxayın etmək istəyib ki, İranın gələcək prezidenti də məhrum İbrahim Rəisi kimi Ermənistanın “sərhəd probleminə həssas yanaşacaq”. İranın bu “həssaslığının” heç bir əhəmiyyəti yoxdur, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danlışıqlar davam edir və Tehran bu prosesə qarışa bilmir.

Xameneinin “İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır” cümləsi isə elə Nikol Paşinyanın özünə mesajdır. Xamenei “münasibətlərin əleydarları var” dedikdə birinci növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ermənistanın baş naziri İranla münasibətləri inkişaf etdirməklə yanaşı Tehranın böyük şeytan adlandırdığı həmin ABŞ-la siyasi və hərbi mövzularda dialoqu genişləndirib. Bu siyasət Tehranın və Qumun xoşuna gəlmir. Ona görə də Xamenei “aramızdakı məsələlər diqqətlə həll olunmalıdır” ifadəsi ilə Ermənistanın baş nazirini xəbərdar edib. Nikol Paşinyan bir tərəfdən öz ölkəsində qarışıqlıq yaratmaq istəyən rayon səviyyəli din xadimi ilə mübarizə aparır, o biri tərəfdən də getdiyi ölkədə bir başqa din xadimi ona ağıl qoymağa çalışır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir