BÜYÜK HORASAN OPERASYONU

BAO rəhbərliyi Özbəkistandakı diaspor təşkilatının sədriylə görüşüb

Önce ABD şimdi de Rusya “Kafkas-2020” tatbikatı

ЭРДОГАН ЯВЛЯЕТСЯ КАТАЛИЗАТОРОМ ВОЕННОГО ПЕРЕВОРОТА?

Elhan Şahinoğlu: Ermənistan və Gürcüstan kənarda qalsa

Gündem 11 Aralık 2020
42

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat konfransında söylədikləri 6 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır. Azərbaycan və Türkiyə qalibdirlər və qalib kimi böyüklük göstərib Ermənistana əl uzadıb təklif edirlər ki, iki ölkəyə qarşı ərazi iddiasından əl çək və sən də əməkdaşlıq formatına qatıl.

Ermənistan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin hansı qərar verəcəyini söyləmək çətindir. Çünki, bu millət arxadan zərbə vurmaqda mahirdir. Doğrudur, Ermənistanda müharibədən sonra “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar” səsləri eşidilməyə başlayıb. Ancaq hələ ki, erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Məni təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox Gürcüstanın hansı qərar verəcəyi düşündürür. Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Ermənistanla yanaşı Gürcüstan da sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğal göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir. Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Təyyub Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır.

Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format (Türkiyə, Azərbaycan, Rusiya və İran) əsasında əməkdaşlıq formatı yaratması – ortaq layihələr reallaşdırması mümkündür. Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb.
Elhan Şahinoğlu

Yorumlar