Türkiyə və Rusiya dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasiminə onlayn formatda qatılıblar. Cumhuriyyətin quruluşunun yüz illiyinə təsadüf edəcək stansiyanın işə başlaması Türkiyənin elektrikə olan tələbatının 10 faizini ödəyəcək. Bu Türkiyə üçün kifayət qədər böyük rəqəmdir.
Prezidentlər onlayn görüş zamanı yaxın müddətdə əyani görüşəcəklərini də elan ediblər. Vladimir Putin uzun müddətdir türkiyəli həmkarı ilə görüşmədiyini vurğulayaraq bu cümləni işlədib: “Görüşü yaxın vaxtlarda reallaşdırmaq lazımdır”. Demək, Putinin türkiyəli həmkarıyla üzbəüz görüşə ehtiyacı var.
Putin Ərdoğanın simasında özünə yaxın tərəfdaş tapıb. Rusiya tarixində ilk dəfə olaraq NATO-ya üzv olan ölkəyə müasir raketlər satıb, boru xətləri inşa edib və nəhayət tərəfdaşının ərazisində atom elektrik stansiyasının tikintisini davam etdirir. Bundan başqa iki dövlət Suriya, Liviya və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda əməkdaşlıq edirlər. Bu bizim üçün də əhəmiyyətlidir. Çünki Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyətlərləri ilə bağlı suallarımız var, üstəgəl Laçın dəhlizi üzərindən sərhəddin nəzarətə götürülməsi vacibdir. Ərdoğanın bu məsələləri də Putinlə müzakirə edəcəyi ehtimalı yüksəkdir. Əsas odur ki, Putin Ərdoğanın Qarabağla bağlı növbəti təkliflərinə “yox” deməsin. Digər tərəfdən ümid edirik ki, Bakı ilə Ankara arasında Putinə çatdırılacaq təkliflərlə bağlı ortaq çalışma var.
Elhan Şahinoğlu: Erdoğan ile Putin Akkuyu temelini attılar
336 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.