Donbass separatçılarının lideri Denis Puşilin son günlər gərginliyin daha da artdığını və böyük ehtimalla, Ukraynanın genişmiqyaslı müharibəyə başlayacağını deyib. Puşilinin sonrakı cümləsi də diqqəti çəkib: “Qarabağ müharibəsi təcrübəsinin diqqətlə öyrəndik. Ukrayna sərhədi keçib müharibəyə başlayarsa, biz də dayanmayacağıq”.
Separatçı hər yerdə separatçıdır, düşüncə tərzləri oxşardır. Erməni separatçıları da bizi bu sözlərlə hədələməyə çalışırdılar ki, Azərbaycan müharibəyə başlayasa daha çox torpaqlar işğal edəcəklər. Nəticədə isə Azərbaycan işğal altındakı torpaqların böyük hissəsini azad etdi. Digər tərəfdən Azərbaycanın müharibədə qazandığı uğur Ukrayna ordusu üçün həvəsləndirici mahiyyət daşıyıb və Kiyev Türkiyədən məşhur “Bayraktarları” alıb. Ona görə Denis Puşilin gərək indidən “Bayraktarlardan” necə qorunacağı haqqında ciddi düşünsün, çünki Rusiyanın vaxtilə erməni separatçılarına verdiyi hava hücumundan müdafiə sistemləri işə yaramadı.
Elhan Şahinoğlu