KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Donbasda vəziyyət qəfil niyə gərginləşib?

Elhan Şahinoğlu: Donbasda vəziyyət qəfil niyə gərginləşib?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
291 0

Məsələ burasındadır ki, bizdə olduğu kimi bu problemlə bağlı da “Minsk formatı” mövcuddur. Ancaq bu bizim nümunəmizdə olduğu kimi mənasız formatdır, Ukrayna torpaqlarının işğalını uzadır. Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi. Ancaq sonda o da anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək. Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təhciz olunub.

İkinci tərəfdən Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb. Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsiylə bölüşürdü. Ukraynanı isə sözdə dəstəkləyənlər olsa da, əməldə Qərbdən Kiyevə real dəstək azdır. Tam əksinə, Ukraynanın bu ağır günündə Paris və Berlin açıqlama veriblər ki, “Sən niyə separatçılara qarşı “Bayraqdar” pilotsuz uçuş aparatlarından istifadə etmisən?”. Bu açıqlama ilə Paris və Berlin Moskvanın əlinə yağ sürtüblər, o biri tərəfdən bu iki paytaxtı Ukrayna-Türkiyə tərəfdaşlığı narahat edir. Bir sözlə, Ukraynaya çətin olacaq, ancaq boş danışıqdansa Ukraynanın Azərbaycan kimi irəli getməkdən başqa alternativ yoxdur.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir