KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu : darbeci Onnik Qasparyan kim

Elhan Şahinoğlu : darbeci Onnik Qasparyan kim

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
248 0

Nikol Paşinyanı istefaya səsləyən baş qərargah rəisi Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib. Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. Qasparyan 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Rusiya hərbisi isə heç zaman xarici ölkələrdəki müdavimləriylə əlaqəni kəsmir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiyanın adamını 8 iyun 2020-ci ildə Baş Qərargahın rəisi təyib edib. Görünür, Paşinyanın başqa alternativi yox idi. Başqa maraqlı fakt isə ondan ibarətdir ki, Emənistan ordusunun Azərbaycana məğlub olduğunu Paşinyana məhz Qasparyan inandırıb və 10 noyabrda məlum bəyanat qəbul edilib. İndi isə Qasparyan məğlubiyyətə görə məsuliyyəti Paşinyana yükləməyə çalışır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir