KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Çinin uyğurlara qarşı yeni mübarizə üsulu…

Elhan Şahinoğlu: Çinin uyğurlara qarşı yeni mübarizə üsulu…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
336 0

Çinin uyğurlara qarşı təzyiq siyasəti bəllidir. Pekin beynəlxalq təzyiqə rəğmən, uyğurları “əmək düşərgələrində” zorla “tərbiyləndirməkdən” imtina etmir. Pekin eyni zamanda müharicətdə olan uyğurların fəallığından da narahatdır. Uyğurlar dünyanın müxtəlif ölkələrində haqları uğrunda mübarizəni davam etdirir, Çin səfirlikləri qarşısında etirazlar təşkil edirlər.
Pekin uyğurlarla Çində mübarizə apardığı kimi xaricdə də fəaliyyətini genişləndirib. Bu məqsədlə Çinin kəşfiyyat xidməti xaricdəki fəal uyğurları nəzarətə götürməyə başlayıb. Alman mətbuatının yazdığına görə, Çinin kəşfiyyat xidməti Almaniyadakı bəzi uyğurları casuslusa sövq etməyə çalışır. Misal üçün Çinin kəşfiyyat xidməti Almaniyada yaşayan Eysa Imin adlı uyğuru Malayziyadan Çinə qayırdarkən hava limanında həbs edib. Onu bir müddət təcridxanada saxlayıblar. Həmin uyğur hadisəni bu şəkildə nəql edib: “Hava limanına çatanda mənə dedilər ki, hamı gedənə qədər pasport nəzarətində gözləməlisən. Sonra iki polis gödəkçəmi başımın üstündən çəkdi ki, heç nə görə bilməyim. Məni maşına mindirib hansısa təcridxanaya apardılar. İki gün məni əllərimi və ayaqlarımı bağlı vəziyyətdə saxladılar”.
Eysa Imini bir şərtlə azadlığa buraxacaqlarını və Almaniyaya geri qayıdacağına imkan verəcəklərini deyiblər: “Almaniyada fəal uyğurlar barədə məlumat toplamalı və həmin məlumatları bizə ötürməlisiniz”. Eysa Imin azadlığa çıxmaq və Almaniyaya geri qayıtmaq naminə Çin kəşfiyyat xidmətinin şərtini qəbul edib. Ancaq Eysa Imin elə ki, Çini tərk edib və Almaniyaya yetişib əməkdaşlıqdan imtina edib və bu haqda Almaniyanın müvafiq orqanlarını məlumatlandırıb. Ancaq Eysa Iminin imtina qərarı onun Çindəki qohumlarına baha başa gəlib. Onun Çindəki 5 ailə üzvü itkin düşüb, qardaşı isə 25 il həbs cəzası alıb.
Uyğur fəalı Rahima Mahmutun sözlərinə görə, bəzi uyğurların xaricdə Çin üçün casusluq etmək məcburiyyətində qaldıqlarını “çox yaygın” olduğunu deyərək, “Çinin xaricdə yaşayan bir qrup uyğuru casusluq etməyə çalışdığını” vurğulayıb.
Çin xaricdə yaşayan bir qrup uyğuru casusluğa məcbur etməklə ikiqat qazanc əldə edir.
Birincisi, əgər hansısa uyğur Çindəki qohumlarının işgəncə görməməsi səbəbindən əməkdaşlığa razılaşırsa, Çin kəşfiyyat xidməti həm istədiyi məlumatları əldə edir, həm də həmin uyğuru şantaj edir.
İkincisi, əgər hansısa uyğur Çinə casusluq təklifinə razılaşmırsa belə bu da Çin kəşfiyyatının ziyanına deyil. Çünki, Çin kəşfiyyatı bu yolla xaricdəki uyğurlar arasında şübhə toxumu yaratmağa nail olur.
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir