KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Çinin atom hədəfi qonşularını qorxudur

Elhan Şahinoğlu: Çinin atom hədəfi qonşularını qorxudur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
350 0

Qərb mediasında Çin atom elektrik stansiyalarından birində sızıntı və radioloji təhlükənin yaranması xəbəri yayıldı. Eyni xəbər Yaponiya mətbuatında da dərc olundu.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verərək, atom elektrik stansiyası ətrafında radiasiya səviyyəsində heç bir anormallik olmadığını və təhlükəsizliyin təmin edildiyini bildirdi. Ancaq bu açıqlama Qərbi və Çinə qonşu ölkələri sakitləşdirmədi. Çünki virusla bağlı da Pekinin siyasəti oxşar olmuşdu. Çin virusla bağlı vəziyyəti ən azı bir ay gizlətdikdən sonra dünyaya bəyan etmək məcburiyyətində qaldı.

Ümumiyyətlə Çinin atom enerjisinin inkişafıyla bağlı böyük planları var. Pekin 2033-cü ilə qədər 110-dan artıq atom elektrik stansiyası tikməyi planlaşdırır. Çin yeni atom elektrik stansiyalarının inşası üçün 786 milyard dollar büdcə ayırıb. Çinin 2030-cu ilə a qədər Rusiya, Fransa, Yaponiya və son olaraq da ABŞ-ı da geridə qoyaraq, atom enerjisi istehsalında birinci yerə yüksələcəyi proqnozlaşdırılır. Halbuki, Pekin yeni nüvə reaktoru layihələrini 2011-ci ildəki Fukuşima fəlakətindən sonra dondurduğunu açıqlamışdı.

2011-ci ildə Yaponiyada sunami nəticəsində Fukusima atom elektrik stansiyasında qəza baş verdi və radioktiv sızıntı qeydə alındı. Həmin hadisə o zaman Çini də qorxutdu. Çində bir qrup fəal ölkə ərazisində yeni atom elektrik stansiyaların tikintisi əleyhinə kampaniya başladılar. Ancaq Çin hökuməti dərhal bu kampaniyanın qarşısını aldı və bu mövzuda xəbərlərin yayılması qadağan edildi. Çində atom elektrik stansiyalarının vəziyyətindən Honkonq da narahatdır. Çünki Çindəki atom elektrik stansiyalarından birinin Honkonqdan aralıq məsafəsi cəmi 130 kilometrdir.

Çinə qonşu olan Hindistan da atom elektrik stansiyalarının təhlükəsizlik məsələlərinə əhəmiyyət verir. Yeri gəlmişkən, düz bir il əvvəl Çin-Hindistan sərhədinin dağlıq hissəsində ciddi insident qeydə alınmışdı. Çin sərhədçiləri dağlıq ərazidə irəriləmək istədikdə hindli həmkarlarıyla üz-üzə qalmışdılar. Toqquşmalarda Hindistan 20 sərhədçisini itirdi. Çin itkiləri barədə məlumat verməsə də, müxtəlif mənbələr Çinin də təxminən eyni sayda itki verdiyini yazmışdılar. Qalvan Vadisi adlanan bölgə Hindistanla Çin arasında 1962-ci ildən bəri mübahisəli ərazi olaraq qalmaqdadır.

Hazırda sərhəddə nisbi sakitlikdir. Tərəflər qarşıdurmadan çəkinirlər. Tərəflər əsas güclərini sərhəddən uzaqlaşdırıblar. Ancaq vəziyyətin yenidən gərginləşəcəyi istisna deyil. Çin Hindistanla sərhədə doğru yeni yollar çəkir, istehkamlarını gücləndirir.

Əslində sərhədəki son insidentə qədər iki ölkə arasındakı münasibətlərdə yumşalma baş vermişdi, qarşılıqlı yatırımlar və ortaq layihələr barədə razılıqlar var idi. Ancaq sərhəddəki insident bunların üstündən xətt çəkdi.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir