Türkiye AB savunma projesinde yer almak için başvurdu

Գևորգ Մելքոնյան: ՀՀ ո՞ր իշխանության ժամանակ ի՞նչ ուղով են գնացել հայ-թուրքական հարբերությունները

Rusların silah oyunu və arxasındakı mesajlar

Хасан Октай: приблизит ли S-400 и дипломатия Турцию к ЕС?

Elhan Şahinoğlu: Çin kommunistləri 100 ildə nələr etdilər?

Gündem 6 Temmuz 2021
79
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Çin Kommunist Partiyasının 100 yaşı tamam oldu. Bu partiya 1921-ci ilin iyul ayında bir neçə marksist dərnək tərəfindən Şanxay şəhərində qurulub. Çin Kommunist Partiyası fəaliyyətlərində Rusiya bolşeviklərindən ilham almışdılar. Hazırda Çin Kommunist Partiyasının 95 milyon üzvü var. Bu dünyada sayına görə ən böyük partiya sayılır.

Çinin ilk kommunistləri elə ilk gündən vətəndaş müharibəsinin əsas iştirakçısı oldular. Çində o illərdə hakim olan Qomindan Partiyası kommunistlərə qarşı amansız mübarizəyə başladı, döyüşlərdə minlərlə insan həlak oldu, şəhərlər viran qaldı. Çində Qomindanla kommunistlər arasında vətəndaş müharibəsi 1927-ci ildə başladı və 1950-ci ildə kommunistlərin qələbəsi ilə bitdi. Kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasını elan etdilər. Qomindan rəhbərliyi məğlub olaraq Tayvan adasına köç etdi.

Çin Kommunist Partiyasının lideri Mao Tsedun hakimiyyətə yiyələndikdən sonra müxtəlif islahatlar həyata keçirməyə başladı. O 1958-ci ilə ölkədə maşınqayırma sənayesi yaratmaq istədi. Bu istək milyonlarla çinlinin acından ölümləriylə nəticələndi. Çünki buna qədər kənd təssərrüfatı ölkəsi olan Çinin anidən yeni sənaye yaratması üçün işçi qüvvəsinə ehtiyacı var idi. Kəndlərdən zorla işçi qüvvəsi toplandıqca torpaqda işləməyə və məhsul yığmağa az insan qalmışdı. Yranan ağır vəziyyət Kommunist Partiyası içərisində müxalifətin formalaşmasına gətirib çıxardı. Müxalifətçilərdən biri sonradan islahatların atası sayılan Den Syaopin idi.

Mao Tsedun 1969-cu ildə partiya müxalifəti ilə mübarizəyə başladı və ətrafında radikal gəncləri topladı. Bu mübarizə tarixə “mədəni inqilab” adı altında düşdü. Radikal gənclər partiya tənqidçilərini təqib edir, onlara işgəncə verirdilər. Bu yenə də milyonlarla çinlinin həyatına son qoydu, sürgünə göndərilənlərin sayı-hesabı yox idi. Den Syaopinin özü də uzun illər aır sürgün həyatı yaşadı. Çin Kommunist Partiyası 1978-ci ildəki qurultayında “mədəni inqilabı” tənqid edərək bu siyasətdən imtina etdi, təqib edilənlər azad olundu.

Çində 1980-ci illərdən başlayaraq iqtisadi islahatlara start verildi. Den Syaopinin rəhbərliyi ilə sosializmin rəngi dəyişdi, ölkədə kapitalistlər təbəqəsi meydana çıxdı. Yeni kapitalistlərin hətta Çin Kommunist Partiyasına üzv olmalarına şərait yaratdılar. Çin Kommunist Partiyası SSRİ kimi beşillik planlar tərtib edir və qarşısına qoyduğu hədəflərə çatmağa çalışırdı. Dağılan SSRİ-dən fərqli olaraq Çin iqtisadi yüksəlişə doğru sürətlə irəriləyirdi.

Beləliklə, Çin Kommunist Partiyası 100 il ərzində milyonlarla insanın ölümü hesabına müxtəlif islahatlar həyata keçirdi. Çinin iqtisadi uğurlarını danmaq mümkün deyil. Ancaq Çində siyasi islahatların hər zaman qarşısı alındı. Çinli tələbələr 1989-cu ildə siyasi islahatlar tələbiylə Pekinin baş meydanına toplaşdılar. Çin Kommunist Partiyasının rəhbərliyi əvvəlcə tələbələrlə dialoqa getsə də, sonra meydanı ordu gücünə dağıtmaq qərarını verdi. İndiyənə qədər meydanda nə qədər insanın ölməsi barədə müfəssəl məlumat yoxdur.

Çinin liderləri 1980-ci illərin sonunda ona görə siyasi islahatlara, çoxpartiyalı sistemin formalaşmasına imkan vermədilər ki, bunun Kommunist Partiyasının hegemonluğuna son qoyacağını düşündülər. Digər tərəfdən vaxtilə Çin həqiqi kapitalizm və liberal islahatlar görmədən faktiki feodal quruluşdan birbaşa kommunist sistemə keçmişdi. Bu arada, vətəndaş müharibəsinə sürüklənən Çinin bir hissəsi Yaponiya tərəfindən işğal olundu. Bu da Çində böyük itkilərə səbəb oldu. Görünür, Kommunist Partiyasının bir-birini dəyişən liderləri yaxın tarixdən çıxış edərək siyasi liberalizmin və çoxpartiyalı sistemin Çinin liderliyinə və sürətli inkişafına əngəl olacağını zənn etdiklərindən hazırki sistemin dayanıqlığına çalışır, özgəfikirliliyi qəbul etmirlər. Ancaq bu siyasət Çin üçün başqa çətinliklər yaradır.

Çində insan hüquqlarıyla bağlı durum dəyişməz olaraq qalır. Müxalif düşüncəli insanlar və ziyalılar Qərb ölkələrinə köçməyə üstünlük verirlər. Çin Kommunist Partiyasının milli azlıqlara münasibəti də beynəlxalq aləmdə ən çox tənqid olunan mövzulardandır. Uyğurlar, qazaxlar və digər müsəlman və türkdilli millətlərə qarşı assimilyasiya siyasəti həyata keçirilir. Pekin beynəlxalq aləmdə üzləşdiyi təzyiqlərə və sərt tənqidlərə rəğmən, bu siyasətindən vaz keçmir.

Çin Kommunist Partiyasının xarici siyasət və təhlükəsizlik siyasəti də getdikcə aqressivləşir. Vaxtilə ancaq iqtisadi islahatlar haqqında düşünən və bu istiqamətdə addım atan kommunistlər hazırda hərbi qüdrətin artırılmasına daha çox üstünlük verirlər. Bunun nəticəsidir ki, ABŞ-la yanaşı Çinin qonşuları da ondan ehtiyatlanmağa başlayıblar, Pekinə qarşı ortaq siyasi və hərbi bloklar formalaşdırırlar.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar