KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Ceyhun Bayramov dar düşüncəli yeni erməni nazirlə nəyi müzakirə edəcək?

Elhan Şahinoğlu: Ceyhun Bayramov dar düşüncəli yeni erməni nazirlə nəyi müzakirə edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
288 0

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Moskvaya iki günlük səfəri (6-7 dekabr) və rusiyalı həmkarı Sergey Lavrovla görüşü tanışlıq məqsədi daşıyırdı. Nazirlər birgə mətbuat konfransında görüşdən və müzakirələrdən məmnun qaldıqlarını ifadə ediblər. Erməni nazir rusiyalı həmkarını İrəvana səfərə dəvət edib. Görüşdə rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı fəaliyyəti barədə də müzakirə aparılıb.

Erməni nazir Lavrovun əhatəsində Türkiyənin əleyhinə danışmağı da unutmayıb: “Türkiyə silahlı qüvvələri və terrorçu dəstələri Dağlıq Qarabağdan və ümumiyyətlə Cənubi Qafqazdan çıxarmalıdırlar. Türkiyə Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamağa təşviq edib. Beynəlxalq aləm Türkiyəyə təzyiqi artırmalıdır. Türkiyənin bölgəyə gətirdiyi silahlı qüvvələrin bölgəni tərk etməsinə dair işarələr yoxdur. Əksinə, Azərbaycan həmin qrupları Dağlıq Qarabağın işğal oldunmuş bölgələrdə yerləşməyə çalışır”.

Hər cümləsi yalandır. “Terrorçu dəstələr” deyib tutublar, ortada faktları yoxdur. Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizi məskunlaşdıran bunlar, indi yalandan deyirlər ki, Azərbaycan hardansa gətirdiyi qrupları bölgədə yerləşdirməyə çalışır. Salamat ev qoymusuz ki, kimsə hardasa yaşasın?

Mətbuat konfransında jurnalistlərdən biri Ermənistanın Türkiyə ilə müünasibətlərinin normallaşması imkanlarınna dair Ayvazyana sual verib. Erməni nazir bu suala cavabında da əsl mahiyyətini ortaya qoyub: “Ermənistanda soyqırım qurbanlarının davamçıları yaşayır. Biz bu tarixlə yaşayırıq”.

Yəni demək istəyir ki, “tarixləri” onlara Türkiyə ilə münasibətləri normallaşdırmağa imkan vermir. Bu ölkə düzəlmək istəmir. Ağır məğlubiyyətlə üzləşiblər, ordularını və gənclərini itiriblər, yenə də Azərbaycana və Türkiyəyə qarşı təxribatlarından qalmırlar. Ara Ayvazyan Moskvada deyir ki, Türkiyə Cənubi Qafqazdan çıxmalıdır. Nökərin olduğun Rusiya Türkiyə ilə Qarabağda monitorinq mərkəzi yaradır, birgə patrul xidməti müzakirə olunur, üstəgəl Türkiyə hərbçiləri Azərbaycanda yerləşəcək və Moskva buna etiraz edə bilmir, erməni nazir hələ də dar düşüncəsiylə deyir ki, beynəlxalq aləm Türkiyəyə təzyiq etsin. Amerika və Avropa Ankaraya təzyiq edib nəticə əldə etmirlər, onlar erməniyə görə Türkiyəni Cənubi Qafqazdan necə çıxaracaqlar? Görəsən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dar düşüncəli yeni erməni nazirlə nəyi müzakirə edəcək?
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir