KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Brüssel Çinə qarşı strategiyasını müəyyənləşdirib

Elhan Şahinoğlu: Brüssel Çinə qarşı strategiyasını müəyyənləşdirib

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
302 0

Avropa İttifaqı bir neçə gün əvvəl özünün Hind və Sakit okean strategiyasının müəyyənləşdirən sənədini yayımlayıb. Bu Avropa İttifaqı ilə Çin arasında dərin fikir ayrılıqlarının yarandığını göstərən sənəddir.
Avropa İttifaqının yeni sənədi hazırlamaqda və yayınlamaqda məqsədi bölgədəki problemlərin və gərginliyin artdığı bir vaxtda regional sabitlik, təhlükəsizlik, firavanlıq və davamlı inkişafa töhfə verməkdir. 10 səhifəlik sənəd, Çinin bölgənin əksər bölgələrində suverenlik iddiası ilə bölgənin təhlükəsizliyini təhdid etməyə davam etdiyi bir vaxtda hazırlanıb.
Aydındır ki, siyasət sənədin hazırlanması vaxtı və dili Çinin geosiyasi iddialılığı ilə bağlı artan narahatlıqlardan irəli gəlir və Brüssel Pekinin siyasətini korrektə etməsinə çalışır. Avropa İttifaqı Çinin Sincan bölgəsindəki etnik uyğurlara və digər müsəlman azlıqlara qarşı tətbiq etdiyi sorakılıqdan narahatdır. Bu haqda Avropa Parlamentinin qəbul etdiyi qətnamə də var.
Avropa İttifaqı illər uzun Çin və Asiya bölgəsinə ticarət və investisiya prizmasından baxıb. Ancaq artıq Brüsselin iqtisadiyyata əsaslanan strategiyası sona çatıb. Brüssel Çinlə münasibətlərə müxtəlif aspektlərdən yanaşmağa başlayıb. Bu sırada iqtisadi əlaqələrdən tutmuş insan hüquqları, ticarət demokratiyası və dəniz təhlükəsizliyi də daxil olmaqla müxtəlif mövzular var və bu mövzuların tamamıyla bağlı Brüssellə Pekin arasında dərin fikir ayrılıqları mövcuddur.
Bu arada, Avstraliya Çinin artan hərbi təcavüzü fonunda hərbi bazalarını yeniləməyə və ABŞ ilə ortaq təlimləri genişləndirməyə 581 milyon ABŞ dolları qədər xərcləmə planlarını açıqlayıb Avstraliyanın baş naziri Skot Morrison ölkəsinin Vaşinqton və digər müttəfiqləri ilə birgə bölgədə barış, sabitlik və azad ticarətin təmini üçün çalışacaqlarını bəyan edib. Aydındır ki, Avstraliya baş naziri bunu deyərkən Çinin barışa, sabitliyə və azad ticarətə mane olduğuna eyham vurub.
Beləliklə, Çinin Avropa İttifaqı və ABŞ-la yanaşı Avstraliya ilə də münasibətləri getdikcə gərginləşir. Çin-Avstraliya münasibətləri keçən ilin aprelindən etibarən Kanberranın Covid-19 pandemiyasının mənşəyi ilə bağlı müstəqil beynəlxalq araşdırma təklifi ilə gərginləşmişdi. Bundan sonra Çin Avstraliyanın bir sıra məhsullarına qarşı sanksiya tətbiq etdi və iki ölkə arasında ticarət münasibətlərindən ciddi problemlər yarandı. Avstraliya bunu cavabsız qoymadı və Çinin “bir kəmər, bir yol” təşəbbüsündə iştirak etmək üçün razılaşmaları ləğv edərək, bunu “ölkənin xarici siyasətinə zidd” adlandırdı.
Avstraliyanın Çinə qarşı sərt siyasətinə əsas dəstək verən ölkə ABŞ-dır. ABŞ dövlət katibi Entoni Blinken xatırladıb ki, Avropa İttifaqı, ABŞ, Kanada və İngiltərə Sincanda uyğurların hüquqlarını pozmaq, etnik azlıqlara zülm etmək və məcburi əməyə əl atmaq ittihamı ilə Çinə sanksiyalar tətbiq edib. Dövlət katibi Amerikanın Çinin uyğurlara qarşı etdikləri hərəkətləri soyqırımı kimi qəbul edə biləcəyini istisna etməyib.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi başkanı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir