KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Bölgədə “Türk NATO-su” və ya “Türk KTMT-si” yaratmaq mümkündürmü?

Elhan Şahinoğlu: Bölgədə “Türk NATO-su” və ya “Türk KTMT-si” yaratmaq mümkündürmü?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
27 0

Əhəmiyyətlisi odur ki, təklifi türk dövlətləri arasında inteqrasiyada daha çox maraqlı olan Türkiyə və ya Azərbaycan təmsilçisi deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətin nümayəndəsi (Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmonaliev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb) səsləndirib. Təqdirəlayiq təklifdir, ancaq hələ ki, reallaşması çətindir. Çünki, eyni dövlətlərin iki hərbi blokda təmsil olunmaları mümkün görünmür. Misal üçün Qazaxıstanın və ya Qırğızıstanın həm “Rusiya KTMT-sində”, həm də “Türk KTMT-sində” təmsilçiliyi mümkün deyil. “Türk KTMT-sinin” formalaşması üçün Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan isə KTMT-dən çıxmalıdırlar.

Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsini və bu ətrafda müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar. Hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlamaq və inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan hərbi ittifaqını Mərkəzi Asiyaya yaymaq olar. Bunun üçün xüsusi hərbi təşkilata ehtiyac yoxdur, Mərkəzi Asiyanın türk dövlətlərinin Şuşa bəyannaməsinə qoşulmaları hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərini ehtiva edəcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir