ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir. London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər. Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı. Vitse-Prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden Prezident seçilən Donald Trampa son “pisliyini” etdi. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb. O yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı. Andiçmə mərasiminə hələ iki ay var, Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək. Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə Amerikada Trampa qarşı ittihamlar artacaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Co Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır.
Elhan Şahinoğlu
Elhan Şahinoğlu: Bidenden giderayak Trumpa tuzak
24 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.