KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Azərbaycanla Ermənistan arasındakı danışıqlarda iki vasitəçi var

Elhan Şahinoğlu: Azərbaycanla Ermənistan arasındakı danışıqlarda iki vasitəçi var

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
352 0

Azərbaycanla Ermənistan arasındakı danışıqlarda iki vasitəçi var – Moskva və Brüssel. Nə Bakı, nə də İrəvan bu ikisindən birini seçə blimir. Çünki Brüsseli seçsən Moskva narazı qalacaq və hər iki dövlətə problem yaradacaq, Moskvanı seçsən bu dəfə də Brüssel narazı qalacaq, bu isə nə Bakının, nə İrəvanın maraqlarına cavab verir. Brüssel Moskvadan fərqli olaraq həm Azərbaycana, həm də Ermənistana 2 milyard avrodan çox kredit vədi verib. Digər tərəfdən Azərbaycanın ixracatının əsas istiqaməti Avropa İttifaqı dövlətlərinə yönəlib. Buna görə də indiki halda Bakı və İrəvan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi qəbul etmək məcburiyyətindədirlər. Ancaq problem ondadır ki, Ukrayna müharibəsinə görə Moskva ilə Brüssel arasında münasibətlər gərgindir və Kreml Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasını istəmir, bunu Rusiya əleyhinə yönəlimiş siyasət kimi dəyərləndirir.

Bakı və İrəvan üçün digər bir problem ondadır ki, həm Brüssel, həm də Moskva eyni işlə məşğuldurlar, hər ikisi Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişinin imzalanmasıyla bağlı vasitəçilik edirlər. Normalda Brüssellə Moskvanın bu 3 məsələdə mövqeləri eynidirsə, Azərbaycanla Ermənistanı barışdırmaq üçün birgə çalışmalıydılar. Sadəcə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil. Belə olan halda da Moskva və Brüssel vasitəçilik uğrunda bir-birləriylə mübarizəni davam etdirəcəklər. Bu isə ümumi işə zərər verəcək.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir