Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin simpatiyasının Ukrayna tərəfdə olduğu aşkardır. Rusiya 2014-cü ildə Krımı ilhaq edib Donbasda separatçı hərəkat yaradanda da cəmiyyətimiz Ukraynanın yanında idi. Azərbaycan rəsmiləri son hadisələr fonunda nə dərəcədə ehtiyatlı mövqe nümayiş etdirsələr də, cəmiyyətdəki əhval-ruhiyyəni görürlər. Kiçik istisnalarla rəsmilərimiz içərisində də Ukraynanın qələbə qazanmasını istəyənlərin sayı az olmaz.
Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya 5 milyon dollar dəyərində humanitar yardım göndərməyə qərar verdi. Bunun ardınca Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verildiyi xəbəri yayıldı. SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri keçmiş illərdə də müharibədən əziyyət çəkənlərə yardım etmişdi. Doğru olan da budur!
Elhan Şahinoğlu Kafkassam