“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” deməkdən asan iş yoxdur. Bəli, Azərbaycana qarşı haqsızdırlar, ədaləti mövqedən çıxış etmirlər. Ancaq eyni qurum vaxtilə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən sənədlər də qəbul edib, onlardamı kağız parçasıdır? Axı həmin sənədlərə istinad etmişik. İşləmək və elə etmək lazımdır ki, Avropadakı dostlarımız hərəkətə keçsinlər, haqlı mövqeyimiz haqqında səslərini ucaltsınlar. Bunun həyata keçirilməsi üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi və Ombudsman Aparatı birgə çalışmlarıdırlar.
Elhan Şahinoğlu