Tsarukyan gönüllü müfreze kuruyor

Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan

İRAN-TÜRKİYƏ SİYASİ QARŞIDURMASI REALLAŞIR…

Lübnan Türkleri ya da Lübnan’da Mardin diasporası!

Elhan Şahinoğlu: Arakan müsəlmanları çıxılmaz vəziyyətdədirlər

Gündem 17 Aralık 2020
61

Myanmanın faktiki lideri Aung San Suu Çji vaxtilə ev həbsində olanda onun böyük beynəlxalq nüfuzu var idi. Hərbçilərin qiyamı nəticəsində Aung San Suu Çji hakimiyyətdən devrilmişdi. O uzun illər ev şəraitində ona səs verənlərin haqları uğrunda mübarizə aparırdı. O bu mübarizəsinə görə hətta 1991-ci ildə “Demokratiya və insan hüquqları uğrunda qeyri-zorakı mübarizəsinə görə” Nobel üzrə sülh mükafatına da layiq görülmüşdü.
Ancaq Aung San Suu Çji həbsdən çıxıb hərbçilərin icazəsiylə yenidən hakiyyətə qayıtdıqdan sonra onun “insan haqları uğrunda” mübarizəsindən əsər-əlamət qalmadı. Çünki o ordunun Myanma ərazisində arakan müsəlmanlarının qətliamına göz yumdu, iştirak etdiyi konfranslarda hətta buna əsaslandırmağa çalışdı.
ABŞ-ın könhə administrasiyası arakan müsəlmanlarının durumunu bir neçə dəfə Myanma rəhbərliyi ilə müzakirə edib. Məsələn, sonuncu dəfə Aung San Suu Çji bu mövzunu Sinqapurda keçirilən beynəlxalq toplantıda ABŞ-ın artıq keçmiş vitse-prezidenti Mayk Penslə müzakirə edib. Görüş zamanı Mayk Pens Myanma ordusu və bəzi qanunsuz qrupların “yüz minlərlə Arakan müsəlmanını Banqladeşə getməyə məcbur etməsinin bəhanəsi olmadığını” Aung San Suu Çjiyə bildirib. San Su Çji isə bu mövzuda “fərqli fikirlərin” olduğunu və tərəflərin “bir-birlərini başa düşməyi öyrənməsinin lazım olduğunu” vurğulayıb.
Myanmadakı hərbi əməliyyatlardan və zorakılıqdan qaçaraq Banqladeşə sığınan 700 min arakan müsəlmanın 2018-ci ildə ölkələrinə geri göndəriləcəyi bildirilir. Ancaq o zaman Fransanın AFP xəbər agentliyinə müsahibə verən banqladeşli qaçqınlara cavabdeh olan Banqladeşli rəsmilər “düşərgədə görüşdüyümüz 50 ailə arasında bu şərtlərlə geri qayıtmaq istədiyini deyən olmadı. Kimsəni istəmədiyi təqdirdə geri qayıtmağa məcbur edə bilmərik” demişdilər. Qayıdışın mümkünsüzlüyü prosesin qeyri-müəyyənliyinin qaçqınlar arasında təşvişi artırmasıyla bağlı idi. BMT və insan haqqları təşkilatları Myanmada təhlükə davam edərkən insanların ölkəsinə geri qayıtmağa məcbur edilməyəcəyi barədə xəbərdarlıq etdi. Narahatlıqların başlıca səbəbi geri göndəriləcək arakan müsəlmanlarının təhlükəsizliyini təmin edəcək mexanizmin olmaması idi. Arakan müsəlmanları deyirdilər ki, onları ölümə yolayırlar. Arakan müsəlmanlarının ən böyük qorxusu kəndlərini yandırmaqda ittiham etdikləri buddist qruplarla bərabər yaşamağa məcburi ediləcəkləri idi. Buddist qrupların yenə ordu tərəfindən qorunacağı ehtimal olunurdu.
Bu arada, BBC-nin məlumatına görə, Banqladeş hökuməti arakan müsəlmanlarının bir hissəsini adada yerləşdirmək barədə planı hazırlayıb. Qaçqınlardan 1600 nəfəri Benqal Körfəzindəki uzaq Basan Çar adasına köçürülüb. Problem ondadır ki, adanın daşqınlara meylli olduğu deyilir və hər il adanı dağıdıcı daşqınlar vurur. Benqal körfəzi Hind okeanının şimal-şərq hissəsində yerləşir. Banqladeş rəsmiləri qaçqınlarının adaya köçürülməsinə razı olduqlarını bildiriblər. Bunun əksinə olaraq arakan müsəlmanlarının heç də hamısı uzaq adaya köçmək istəmir. BMT isə, köçürülmə prosesi haqqında az məlumatlı olduğunu açıqlayıb. Belə olan halda Banqladeşin xarici işlər naziri Əbdül Momen, Dəkkə hökumətinin heç kimi zorla ora aparmayacağını və bu mövqeyini qoruyacağını bildirib.
Beləliklə, 3 il əvvəl öz torpaqlarında qətliama məruz qalan arakan müsəlmanları ağır vəziyyətdədirlər. Onlar bir tərəfdən ölkələrinə geri qayıtmağa qorxurlar, digər tərəfdən sığındıqları Banqladeşdə rahatlıq tapa bilmirlər. Problemi dərinləşdirən həm də odur ki, Myanma hökuməti Arakan müsəlmanlarını ölkənin vətəndaşı hesab etmir və onlara heç bir sosial və ya siyasi hüquq vermir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar