İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib. İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır, bu sırada ABŞ və Türkiyədən tutmuş Cənubi Qafqaz və Azərbaycana qədər dövlətlərin adları çəkilir. Qəzzanın aylardır bombalanmasına görə Türkiyə siyasi dairələrinin və cəmiyyətinin İsrailə nifrəti artıb. Ancaq Ankara İsrail-İran qarşıdurmasına birmənalı mövqe bildirməkdə çətinlik çəkir. Çünki İranın Suriya rejimini dəstəkləməsi və bunu Suriyadakı diplomatik və hərbi mərkəzləri tərəfindən həyata keçirməsi Türkiyədə hər zaman mənfi qarşılanıb. İsrail də məhz Suriya rejiminə xidmət edən mərkəzlərdən birinə raket zərbəsi endirib. Bundan başqa İrandakı dairələrin PKK ilə qeyri-rəsmi təmasları da məlum faktdır. Buna baxmayaraq, türkiyəli ekspertlər Suriya kimi İranın da qarışmasından ehtiyatlanaraq hesab edirlər ki, Tel-Əvivin planı məhz İranı qarışdırmaq, bu dövləti parçalayaraq Suriyanın gününə salmaqdır. Bunun isə Türkiyə üçün təhlükəli ola biləcəyi vurğulanır. Azərbaycan da İsrail-İran qarşıdurmasının və mümkün müharibəsinin müxtəlif nəticələrinə hazır olmalıdır. Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir, ancaq Tehranın illərdir Azərbaycan əleyhinə açıq və gizli təbliğatını, Ermənistana dəstəyini, hətta indiki qarışıq vəziyyətdə İran təyyarələrinin qonşu dövlətə hərbi texnika daşımasını arxa plana ata bilmərik.
Elhan Şahinoğlu
Elhan Şahinoğlu: Ankara İsrail-İran qarşıdurmasına birmənalı mövqe bildirməkdə çətinlik çəkir
114 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.