KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Aliyev Putin Kuzey Güney koridorunu mu konuştular

Elhan Şahinoğlu: Aliyev Putin Kuzey Güney koridorunu mu konuştular

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
33 0
Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi. Prezidentlər iqtisadi əlaqələrin və ticarətin artımından da məmnun qaldıqlarını bildirdilər. Bunlar iki liderin son illər görüşlərdə səsləndirdikləri oxşar ifadələrdir. Putinin Bakıda Ukrayna münaqişəsi və Cənubi Qafqaz barədə nə deyəcəyi maraqlı idi.
“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində… Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir” deyən Putin bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, – Rusiya lideri vurğulayıb.
Bu açıqlamadan hansı nəticə çıxır? Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir. Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatlarını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq. Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, Bakı ilə İrəvan arasında danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri email vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər. Moskva Vaşinqton və Berlin kimi Azərbaycan və Ermənistan rəsmilərinin görüş yeri kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır. Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır.
Gözlənildiyi kimi, Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putinlə İlham Əliyevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri “Şimal-Cənub” layihəsi olub. İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib ki, Şimal-Cənub” layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir. İlham Əliyev bu mövzuda fikrini belə tamamlayıb ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırkı məqamda dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. İlham Əliyev Azərbaycanın bu dəhlizlə ildə 15 milyon ton və daha çox yükün daşınması imkanlarından danışıb.
Bu mövzu Rusiya üçün də aktualdır. Ukrayna müharibəsi fonunda Rusiya Asiya bazarına məhz “Şimal-Cənub” dəhlizindən çıxmaq istəyir. Azərbaycan üzərinə düşəni edib. İran ərazisindəki dəmiryolu modernləşdirilməli və Hindistanın gələcəkdə bu marşrutdan istifadəsi təmin olunmalıdır. Çünki Ermənistanın da adı “Şimal-Cənub” nəqliyyat dəhlizində çəkilir. Halbuki, Azərbaycandan fərqli olaraq Ermənistan ərazisində yol infrastrukturu modernləşdirilməyib, bunun üçün layihələr reallaşdırılmayıb. Azərbaycanın üstünlüyü həm də ondan ibarətdir ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizində illərin sınağından keçmiş Azərbaycan ərazisindən istifadəyə üstünlük verir.
Tüm ifadeler:

Samir Hümbətov, Tural Məmmədzadə ve 24 diğer kişi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir