KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: “AĞRIMIZ VƏ MÜBARİZƏMİZ “KRIM PLATFORMASINA” NİYƏ EHTİYACIMIZ VAR?”

Elhan Şahinoğlu: “AĞRIMIZ VƏ MÜBARİZƏMİZ “KRIM PLATFORMASINA” NİYƏ EHTİYACIMIZ VAR?”

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
296 0

Bu məqalənin müəllifi Ukraynanın xarici işlər nazirinin birinci müavini Emine Caparovadır. Yazının aktual olduğunu nəzərə alaraq buradan yayıram. Məqaləni yayımlamadan öncə bir məsələyə münasibətimi bildirmək istəyirəm. Kiyevdə avqustun 23-də “Krım platforması” adında böyük təbdir keçiriləcək. Həmin tədbirə müxtəlif dövlətlərin liderləri və digər vəzifə sahibləri qatılacaqlar. Ukrayna müharibə günlərində Azərbaycana ən çox dəstək verən dövlətlər arasında yer aldı. Ukrayna prezidenti və xarici işlər naziri bərmanlı şəkildə Qarabağın Azərbaycana aid olduğunu vurğuladılar. Eyni ilə biz də Krımın Ukrayana aid olduğunu vurğulayırıq, Rusiyanın yarımadanın ilhaqını tanımırıq. Ona görə də Qarabağa silah daşıyan, separatçıların postlarının qurulmasına şərait yaradan Rusiyadan çəkinərək “Krım platformasını” görməzlikdən gəlməyə dəyməz. Yüksək rütbəli rəsmilərimizdən birinin həmin tədbirdə iştiraka ehtiyac var, yox əgər tədbirdə iştirak Ukraynadakı səfirimiz səviyyəsində olacaqsa, bu Azərbaycan-Ukrayna münasibətlərinin ruhuna uyğun olmayacaq.
“Krım məsələsi 2014-cü ildən etibarən dünyanın geosiyasi arenasında əsas problemlərdən biridir. Yarımadanın Rusiya tərəfindən anneksiyası cəhdi müasir beynəlxalq siyasətin koordinat sistemini və Qara dəniz regionunda güc balansını dəyişdirdi.
Burada nəzəriyyəyə çox əsaslanmaq olar, lakin bir şey aydındır ki, – Ukrayna yarımadası işğaldan azad edilməyənə qədər Avropa qitəsində sivil şəkildə birgə yaşamaq qaydaları bərpa edilməyəcək.
Müvafiq olaraq sivil dünya potensial hücum altında qalmağa davam edəcək. Nə vaxtsa. Haradasa. Axı diktatorun iştahası “yemək” prosesində açılır. İşğalın nəticələrinin bütün ölçüləri arasında, biz bir dövlət və cəmiyyət olaraq, yəqin ki, bir şəxsi – insanı tam olaraq dərk edə bilmirik. O, xətti deyil və ölçülə bilməz. Rusiya nəinki Ukraynanın suverenliyinə qarşı cinayət törətdi, o, həm də on minlərlə insanı – ukraynalıları və Krım tatarlarını Evindən etdi.
Bir çox Krım tatarlarından olan həmyaşıdlarım kimi, mən Krımda doğulmamışam. 1944-cü ildə bolşevik Rusiyanın digər cinayəti xalqımı Vətənindən məhrum etdi. Lakin, valideynlərimdən fərqli olaraq, uşaqlığım doğma Krımda keçib – bağçaya, məktəbə orada getmişəm, dostlar qazanmışam, qohumlarımla ünsiyyətdə olmuşam. Demək olar ki, hər yay dənizdə üzmək, dadlı Krım meyvələri yemək, valideynlərimin Kerçdə bir parça Krım torpağında valideylərimin arzuladığı evin necə tikildiyini görmək mənə qismət oldu. Valideynlərim onu 10 il tikdi və mən yavaş -yavaş olsa da tikilən divarlara sevinərək daşdan daşa tullanırdım. Həmin küçədə yeganə yeni tikilmiş ev deyildi bizim ev, lakin biz ev sahibləri arasında yeganə Krım tatar ailəsi idik.
Bu gün ən çox valideynlərimin evi üçün darıxıram. Mənim qəlbim oradadır. Bu yaxınlarda ilk dəfə olaraq telefon “turu” etməyə cəsarət etdim. Anam telefonla evin hər küncünü mənə göstərdi. Gözlərim dolduğu üçün otağımdakı dolabları və kitabları, rəsmləri və mebelləri çətinliklə görə bilirdim.
Bütün həyatım boyu, deportasiyadan yaşamış Nisa və Leviye nənələrimin o hadisələri və Krım üçün kədərini xatırlayanda həmişə ağladıqlarını anlamağa çalışırdım. On illər sonra, hətta geri dönəndə də. O zamanlar oxşar bir şey yaşayacağımı düşünə bilməzdim. Mənə elə gəlir ki, işğal zamanı yaşanmış itki və ədalətsizlik ağrısı fiziki olaraq yaşayır və müxtəlif anlarda və şərtlərdə özünü büruzə edir. Bu “travmanı” mən Krıma həsr edilmiş fəal işlə “müalicə edirəm”. Yarımadanın işğaldan azad edilməsi hər şeydən öncə mənim üçün evə dönmək mənasına gəlir. Bu bizim birgə ağrımız və birgə mübarizəmizdir.
Krıma geri dönmək sadə məsələ deyil. Dünya tarixi illərlə davam edən işğal nümunələrini çox şahidi olub. Bu gün jurnalistlərdən ən çox eşitdiyim sual “ərazi işğaldan nə zaman azad ediləcək?” sualıdır. Mən əminəm ki, bu baş verəcək. Və bu bizim cəmiyyət və dövlət kimi səylərimiz sayəsində gerçəkləşəcək. Hərəkət etmək, yeni layihələri təqdim etmək, Krımın işğalı barədə “susmağa” imkan verməmək və bu mövzunu milli və beynəlxalq diqqət səviyyəsinə çatdırmaq.
Bu il Ukrayna bu mübarizənin yeni alətini – Krım platformasını yaradır. Onun əsas məqsədi Ukraynanın ərazi bütövlüyünün bərpası və Krım mövzusunun beynəlxalq gündəliyə geri qaytarılmasına yönəlmiş beynəlxalq səylərin konsolidasiyası və birləşdirilməsindən ibarətdir. Krım platformasının bir sıra taktiki tapşırığı var. Onun dəyəri, ilk öncə, siyasi təqiblər mövzusunun və Kreml məhbuslarının hekayələrinin ictimailəşdirilməsindən ibarətdir. Çünki ictimailəşdirmə xüsusilə də qanunsuzluq şəraitində həyat xilas edir.
Avqustun 23-ü Kiyevdə Krım platformasının inauqurasiya zirvə görüşü baş tutacaq. Zirvə görüşünün Ukraynanın təşəbbüsü ilə keçirilməsi xüsusilə də Rusiyanın hərəkətləri fonunda bir uğur hesab edilə bilər. Cinayətkar öz cinayətini gizlətmək istədiyi kimi Rusiya da öz cinayətlərini işğal etdiyi Krımda gizlədir. Ən yüksək və yüksək səviyyədə təmsil olunacaq onlarla ölkənin (30 dövlət və beynəlxalq təşkilat iştirakını artıq təsdiq edib) iştirakı ilə keçəcək Krım zirvə görüşü Krımdakı vəziyyətlə bağlı fikirlərimizi bölüşməyə imkan verəcək.Əsas diqqəti Ukrayna liderləri total hərbiləşmə səbəbindən dünyanın qarşılaşdığı təhlükəsizlik çağırışlarına və dünyanın birləşməsini tələb edən şərtlərə yönəldəcək. Krımın işğaldan azad edilməsi mövzusu analitik və alimlərdən ibarət ekspert şəbəkəsini birləşdirmişdir. Hal-hazırda bizim Ukraynalı və dünyanın 33 ölkəsindən olan 180 nəfər xarici ekspertimiz var. Və bu rəqəmlər artır.
Sonda qeyd edim ki, müstəqilliyimiz bərpa olandan son 30 ildə prezidentlər, baş nazirlər, parlament sədrləri, hökumət üzvləri səviyyəsində bu kimi miqyaslı tədbirin keçirildiyini xatırlamıram. Son 8 ilə yaxındır ki, Krıma həsr olunmuş bir formatın işə salınmasının vacibliyi, proaktiv yanaşma tələb edir, Krımı təcəssüm etdirənlər tərəfindən dəfələrlə vurğulanıb. Ona görə də Krım Platformasının işə salınması ölkə rəhbərliyinin ən yüksək siyasi iradəsinin və yəqin ki, milli yetkinliyin təzahürüdür”.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir